Yaxın Şərq
İrandan Hörmüzlə bağlı vacib qərar: Bu ölkələrə icazə verdi
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki , Tehran Rusiya gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verib.
Publika.az xəbər verir ki, o, İslam Respublikasının düşmənlərinin bu nəqliyyat arteriyasından istifadə etməsinə icazə verməyəcəklərini də bildirib:
“Dostlarımız kimi tanıdığımız bəzi ölkələrin Hörmüz boğazından keçməsinə icazə verdik: Çin, Rusiya, Hindistan, İraq və Pakistanın da keçməsinə icazə verdik”.
Xarici İşlər Naziri əlavə edib ki, bir çox regional xarici işlər nazirləri Tehranla əlaqə saxlayıblar, lakin İranın mövqeyi "prinsipial və qəti" olaraq qalır. "Düşmənlərimiz dərs çıxarmalı və bir daha bizə hücum etməməlidirlər", - deyə Əraqçi yekunlaşdırıb.
Bu arada, əvvəllər İranın bəzi kommersiya gəmilərindən Hörmüz boğazından təhlükəsiz keçid üçün ödəniş almağa başladığı bildirilirdi. “Bloomberg”in məlumatına görə, tək bir səfər daşıyıcıya iki milyon dollara qədər başa gələ bilər. Rüsumlar fərdi qaydada toplanır və qeyri-rəsmi xarakter daşıyır.
Tural
-
ABŞ13:30ABŞ ordusu Ayın ətrafında müharibəyə hazırlaşır: Qalib gəlməliyik!
-
Hadisə12:18Rusiyanın yanacaq böhranında Azərbaycanın adı çəkildi - NƏ BAŞ VERİR?
-
Nida Xəbər 12:04Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Rəsmi xronika11:44İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi
-
Region11:10Paşinyandan “Qərbi Azərbaycan” açıqlaması: Ciddi bir çağırışdır
-
Rəsmi xronika11:00Prezident: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
-
Sosial10:54Bu xanım “Xankəndi”nin mətbuat katibi təyin edildi
-
MDB10:06Rusiyada deputatların pensiyası qəpik-quruş imiş - Məbləğ açıqlandı






.jpg)
















.webp)













.jpg)

