Region
Paşinyan iki aydan sonra iş axtaracaq: Ermənistanın yeni baş naziri kim olacaq?
Bütün sorğulara görə, Samvel Karapetyan növbəti baş nazirdir.
Publika.az xəbər verir ki, bu barədə "Güclü Ermənistan" partiyasının üzvü Narek Karapetyan “Facebook” səhifəsində yazıb.
"Paşinyanın reytinqi hər dəfə düşəndə o, yeni saxta xəbərlər ortaya atır. Bəzən müharibə ilə hədələyir, bəzən deyir ki, biz Köçəryana səs verəcəyik.
Həqiqət budur ki, Karapetyan yeni və güclü baş nazir olacaq. Biz başqa heç bir partiyaya səs verməyəcəyik, 300.000 yeni iş yeri yaradacağıq və biznes üçün sıfır faiz vergi dərəcəsi tətbiq edəcəyik. Biz güclü və davamlı sülh gətirəcəyik.
Və daha bir həqiqət: iki aydan sonra Paşinyan iş axtaracaq. Bəlkə də ona da iş təklif edərik. Şərhlərdə ona hansı işin uyğun olduğunu yaza bilərsiniz”, - Karapetyan iddia edib.
Tural
-
Rəsmi xronika17:32Prezident İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi





































.jpg)
