Dünya
Nyu-Dehlidəki görüşdə gizli detallar: ABŞ-la Hindistanın planı bəlli oldu
Hindistan və ABŞ arasında hərbi əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Tərəflər birgə silah istehsalı və strateji müdafiə müqavilələri ilə bağlı mühüm razılaşmalar əldə ediblər.
Publika.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi ikitərəfli müdafiə siyasəti qrupunun iclasından sonra məlumat yayıb.
Nyu-Dehlidə keçirilən danışıqlara Hindistanın müdafiə naziri Racnatx Sinqx və Pentaqon rəhbərinin müavini Elbric Kolbi həmsədrlik edib. Görüş zamanı tərəflər hərbi qarşılıqlı fəaliyyətin genişləndirilməsinə hazır olduqlarını təsdiqləyərək, prioritet əməkdaşlıq istiqamətlərini müəyyənləşdiriblər.
Müzakirələrin əsas mövzularından biri Hindistan ordusuna ABŞ-ın yüksək dəqiqlikli "Excalibur" artilleriya sursatlarının tədarükü və "Javelin" tank əleyhinə raketlərinin təcili satın alınması imkanları olub. Bundan əlavə, Hindistanın dəniz sərhədlərinin qorunması məqsədilə altı ədəd "P-8I" sualtı qayıqlara qarşı mübarizə təyyarəsinin alınması planları xüsusi diqqət mərkəzində saxlanılıb.
Qeyd edək ki, rəsmi Vaşinqton bundan əvvəl də Hind-Sakit okean regionunda təhlükəsizliyin təmin edilməsi üçün Hindistanla uzaqmənzilli yüksək dəqiqlikli silahlar və sualtı qayıqlara qarşı müdafiə sahəsində tərəfdaşlığı gücləndirmək niyyətini bəyan etmişdi.
Adəm
-
Yaxın Şərq15:57İsrail Azərbaycan və Türkiyədəki vətəndaşlarına müraciət etdi: Ehtiyatlı olun
-
Dünya15:12BMT-də vacib səsvermə: Azərbaycan "hə” dedi – Görün hansı ölkələr əleyhinə çıxdı
-
Hadisə14:21Ağdamda mina partladı - Xəsarət alan var
-
Dünya13:20Bu Afrika ölkəsi İsrail tərəfindən İranla müharibəyə qoşulur: Bezmişik
-
İdman13:00Dünyanın ən gözəl qadın futbolçusundan ayrıldı, yeni sevgili tapdı: Görün kimin qızıdır - FOTOLAR
-
Yaxın Şərq12:40Müharibə davam edəcək: İranda quru əməliyyatı tezliklə başlaya bilər
-
Region11:30Paşinyan iki aydan sonra iş axtaracaq: Ermənistanın yeni baş naziri kim olacaq?
-
Dünya10:50Hindistandan Rusiya nefti ilə bağlı qeyri-adi addım: ABŞ-ı belə aldadırlar
























.jpg)







