Yaxın Şərq
Dünya bazarını silkələyəcək qərar: İran boğazdan keçid üçün haqq tələb edəcək
İran hökuməti strateji əhəmiyyətli Hörmüz boğazından keçən kommersiya gəmiləri üçün rəsmi rüsum tətbiq etməyə hazırlaşır. Bu barədə İran parlamentinin deputatı Məhəmmədrza Rezai Kuçi məlumat verib.
Publika.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, artıq bununla bağlı qanun layihəsinin ilkin variantı hazırdır.
Məlumata görə, Tehran artıq bəzi kommersiya gəmilərindən keçid üçün 2 milyon dollara qədər ödəniş tələb etməyə başlayıb. Yeni qanun layihəsi isə bu prosesi tam leqallaşdıracaq. Sənəddə Hörmüz boğazı üzərində İranın suverenliyi, hökmranlığı və nəzarəti rəsmi hüquqi status alacaq.
İranlı deputat bildirib ki, bu addım ölkə üçün yeni və böyük bir gəlir mənbəyi olacaq. Toplanan vəsaitlərin rəsmi olaraq "gəmilərin təhlükəsizliyinin təmin edilməsi" məqsədilə istifadə olunacağı iddia edilir.
İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə isə qeyd edib ki, Tehran Hörmüz boğazında yeni hüquqi rejim üzərində işləyir. Bu məsələdə Oman tərəfi ilə sıx əməkdaşlıq nəzərdə tutulur. Yeni qaydaların bölgədəki mövcud münaqişələr bitdikdən dərhal sonra qüvvəyə minəcəyi gözlənilir.
Qeyd edək ki, Fars və Oman körfəzlərini birləşdirən Hörmüz boğazı dünya neft daşımalarının əsas arteriyası hesab olunur. İranın bu qərarının qlobal logistika və enerji bazarlarına ciddi təsir edəcəyi proqnozlaşdırılır.
Adəm
-
ABŞ13:30ABŞ ordusu Ayın ətrafında müharibəyə hazırlaşır: Qalib gəlməliyik!
-
Hadisə12:18Rusiyanın yanacaq böhranında Azərbaycanın adı çəkildi - NƏ BAŞ VERİR?
-
Nida Xəbər 12:04Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Rəsmi xronika11:44İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi
-
Region11:10Paşinyandan “Qərbi Azərbaycan” açıqlaması: Ciddi bir çağırışdır
-
Rəsmi xronika11:00Prezident: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
-
Sosial10:54Bu xanım “Xankəndi”nin mətbuat katibi təyin edildi
-
MDB10:06Rusiyada deputatların pensiyası qəpik-quruş imiş - Məbləğ açıqlandı






.jpg)
















.webp)













.jpg)

