ABŞ
Trampdan sensasion iddia: İran liderləri razılaşma istəyirlər, amma xalqdan qorxurlar
ABŞ prezidenti Donald Tramp bildirib ki, İran liderləri "razılığa gəlmək üçün çarəsizdirlər", daxili və beynəlxalq nəticələrdən qorxmaq onları bu addımı atmaqdan çəkindirir.
Publika.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.
Ağ Ev rəhbəri bildirib: "Onlar danışıqlar aparırlar və ümidsiz şəkildə razılaşma əldə etmək istəyirlər, amma bu barədə danışmaqdan qorxurlar, çünki öz xalqlarının onları öldürəcəyini düşünürlər".
Tramp həmçinin əlavə edib ki, İran liderləri "onları öldürəcəyimizdən də qorxurlar".
“The Wall Street Journal” qəzeti ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ və İsrail İranın xarici işlər naziri Abbas Əraqçi və İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibafı müvəqqəti olaraq “ölüm siyahısı”ndan çıxarıblar.
Daha əvvəl media Vaşinqtonun Tehrana 15 maddəlik plan təqdim etdiyini bildirmişdi. Siyahıya müharibənin bitməsi, Hörmüz boğazının açılması, sanksiyaların ləğvi, eləcə də nüvə proqramına, raketlərə və müttəfiq qüvvələrə dəstək üçün zəmanətlər daxil idi.
Tural
-
Hadisə22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi





































.jpg)
.jpg)