Dünya
Üçüncü raund da bitdi - ABŞ iki ayağını bir başmağa dirəyib
İslamabadda keçirilən danışıqların üçüncü raundu başa çatdıqdan sonra İran və ABŞ nümayəndə heyətləri arasında bəzi ciddi ziddiyyətlər hələ də qalmaqdadır.
Publika.az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.
Qeyd edilib ki, nümayəndə heyətləri arasında hələ də ciddi fikir ayrılıqları mövcuddur və indi növbə Birləşmiş Ştatlarındır; onlar həddindən artıq yüksək tələblərindən əl çəkməli və ambisiyalarını realist yanaşma ilə əvəzləməlidirlər.
Pakistanda İran və ABŞ arasında Yaxın Şərqdə nizamlanmaya dair danışıqların üçüncü raundu yekunlaşıb. 14 saatlıq müzakirələrdə ABŞ nümayəndə heyəti İrana qarşı "ifrat dərəcədə yüksək" tələblər irəli sürüb. Bununla belə, mənbənin məlumatına görə, Tehran münaqişə dövründə əldə etdiyi uğurları qoruyub saxlamağa çalışır.
Yaxın Şərqdə nizamlanma ilə bağlı İran və ABŞ arasındakı danışıqlar aprelin 11-də İslamabadda, Pakistanın Baş naziri Şahbaz Şərifin vasitəçiliyi ilə baş tutub. İslam Respublikasını XİN rəhbəri Abbas Araqçı və parlament sədri Məhəmməd-Baqer Qalibaf təmsil edib.
71 nəfərdən ibarət Amerika nümayəndə heyətinə vitse-prezident Cey Di Vens rəhbərlik edib. Heyətə həmçinin ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff, Amerika liderinin kürəkəni Cared Kuşner, Milli Təhlükəsizlik Şurasının üzvü Endi Beyker və Asiya ölkələri üzrə müşavir Maykl Vens daxil olub. ABŞ danışıqlara müvafiq mövzular üzrə "tam tərkibli Amerika ekspert qrupunu" cəlb edib.
Hüseyn İbadlı
-
Nəqliyyat18:50Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişindaşıma bərpa olunur? - Rəsmi/Foto
-
Rəsmi xronika18:10İlham Əliyev WUF13-ün açılış mərasimində çıxış etdi - Foto/Video/Yeniləndi
-
Dünya17:26İrandan qeyri-adi QƏRAR: Tramp və Netanyahunu öldürən mükafatlandırılacaq
-
Sosial17:01İlham Əliyev Can Quoçini qəbul etdi
-
Sosial16:33Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım etdi
-
Nida Xəbər 15:15Mirziyoyev İlham Əliyevə təşəkkür etdi
-
Maraq dünyası14:22Bu bürcün nümayəndələrinin bəxti gətirəcək - Lap az qaldı
-
Ekologiya13:26Sabaha olan hava - PROQNOZU
































.jpg)


