ABŞ
Bayden universitet rəhbərini Obama sandı: Barak, bura gəl!
ABŞ-ın keçmiş prezidenti Co Bayden növbəti səhvi ilə sosial medianın ulduzuna çevrilib.
Publika.az xəbər verir ki, aprelin 14-də Sirakuza Universitetində öz portretinin açılış mərasiminə qatılan 83 yaşlı eks-prezident, səhnədə çıxış edərkən maraqlı anlar yaşadıb. O, zalda əyləşən uca boylu qaradərili şəxsə tərəf dönərək: "Barak? Nə edirsən orada? Bura gəl", - deyə yanına çağırıb.
Lakin Baydenin Obama sanıb səhnəyə dəvət etdiyi şəxs əslində universitetin Qəyyumlar Şurasının sədri Ceff Skraqqs olub. Səhvini anlayan Bayden vəziyyətdən zarafatla çıxmağa çalışıb: "Mənə elə gəlir ki, o, sağda, mən isə solda dayanmalıyam. Sizcə də Barak Obamaya bənzəmir?"
Bu sözlərdən sonra zalda böyük gülüş qopsa da, sosial şəbəkələrin respublikaçı istifadəçiləri Baydeni sərt tənqid edərək, onun yaşını və "bütün qaradərililəri bir-birinə bənzətməsini" lağ obyektinə çeviriblər.
Müəllif: Adəm
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi





































.jpg)
