Dünya
Yunan mediası hökuməti hədəfə aldı: Türkiyə qorxusu İsraillə ittifaqa sürükləyir
Yunanıstanda hökumətin İsrail ilə hərbi əməkdaşlığı tənqid olunub.
Publika.az xəbər verir ki, bu barədə "Te Nea" qəzeti məqalə dərc edib.
Bildirilib ki, İsraillə hərbi əməkdaşlıq, xüsusən də Yunanıstan, Kipr və İsrail arasında üçtərəfli tərəfdaşlıq kritik suallar doğurur.
Bunların Yunanıstanın strateji maraqlarına xidmət etmədiyi vurğulanıb: "İsrailin iki dövlətli həlli qəbul etməkdən imtina etməsi qaçılmaz olaraq davamlı müharibələrə səbəb olur. Bu vəziyyəti və yeni təhlükəsizlik şərtlərini nəzərə alaraq, Yunanıstan Aİ və BMT-nin mandatından kənarda olduğundan, Yaxın Şərqdəki rolunu, o cümlədən İsrail ilə münasibətlərini yenidən nəzərdən keçirməlidir".
Vurğulanıb ki, bu əməkdaşlıq xüsusən də, solçu ictimai rəydə tənqid hədəfidir: "Regiondakı müharibələr bitdikdə, Yaxın Şərqdə yeni reallıq ortaya çıxacaq və Avropa İttifaqının üzvü olaraq Yunanıstan Avropa ilə Körfəz ölkələri arasında daha güclü körpü rolunu oynaya bilər. BƏƏ və Səudiyyə Ərəbistanı kimi ölkələrlə hərbi əməkdaşlıq Aİ çərçivəsində qiymətləndirilməlidir”.
Həmçinin "Efsyn" nəşri də dərc etdiyi məqalədə Afinanın diplomatik addımlarını və İsraillə hərbi əməkdaşlığını tənqid edib.
“Yunanıstan hökuməti düşmənlərinin düşmənləri ilə fürsətçi "dostluq" münasibəti qurur. Yunanıstanın Türkiyə ilə rəqabəti İsrail ilə ittifaq qurmaq üçün kifayət qədər səbəb deyil. İsrail ilə əməkdaşlıq lazımsızdır”.
Müəllif: Roza
-
İdman14:08“Barsa”nın futbolçusu ÇL-də qələbə qazandıqdan sonra çılpaq poza verdi – FOTO
-
Hadisə14:01Bakıda evə basqın: Ər və arvadı öldürüldü
-
Rəsmi xronika13:06Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika12:01Prezident müşavirə keçirdi - FOTOLAR
-
Sosial11:48İyun ayında 10 gün iş olmayacaq
-
Region11:12Rubio İrəvana gəlir: Ruslara akkreditasiya verilmədi
-
Hadisə10:33Bulvarda qadına qarşı əxlaqsızlıq edən tutuldu - VİDEO
-
Sosial09:42QMİ Qurban bayramı ilə bağlı fətva verdi

















.jpg)



















