Avropa liderləri bu ölkədə toplandı: Ərəblər də gəldi - Nələr müzakirə olunur?
Bizi izləyin

Dünya

Avropa liderləri bu ölkədə toplandı: Ərəblər də gəldi - Nələr müzakirə olunur?

Avropa liderləri bu ölkədə toplandı: Ərəblər də gəldi - Nələr müzakirə olunur?

Kiprdə keçirilən qeyri-rəsmi sammitdə Avropa İttifaqı (Aİ) liderləri təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Publika.az “Euronews”a istinadən xəbər verir ki, görüşün əsas mövzusu Aİ müqaviləsinin “yardım” bəndi kimi tanınan 42.7-ci maddəsinin tətbiqi olub.

Bu maddə, NATO-nun 5-ci maddəsinə bənzər şəkildə, hücuma məruz qalan üzv ölkəyə digər üzvlərin dəstəyini nəzərdə tutur. Məlumata görə, bu məsələ son aylarda daha da aktuallaşıb. Buna səbəb ABŞ-ın NATO ilə bağlı sərt mövqeyi və mümkün dəyişiklik siqnallarıdır. Xüsusilə Emmanuel Makron və Ursula von der Lyeyen 42.7-ci maddənin aktivləşdirilməsini açıq şəkildə dəstəkləyirlər.

Sammitdə Ukrayna prezidenti Volodimir Zelenski də iştirak edib. Bu, Aİ-nin Ukraynaya 90 milyard avroluq kredit paketini təsdiqləməsindən sonra baş verib.

Bununla yanaşı, bu gün Misir, Suriya, İordaniya, Livan liderləri və Körfəz Əməkdaşlıq Şurasının nümayəndələri, Aİ liderləri ilə birlikdə İsrail və ABŞ-ın İrana hücumları ilə başlayan müharibəni, Hörmüz boğazının bağlanması ilə davam edən enerji böhranını və əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

İddiaya görə, Kipr lideri Nikos Xristodulides əvvəlcə Türkiyəni dəvət etmək istəsə də, Ankaranın bu dəvəti qəbul etməyəcəyi ilə bağlı siqnallardan sonra bu fikrindən yayınıb.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm