Dünya
Ərdoğan Kipr liderinin dəvətini rədd edib: Antalyaya gəlmək istəyir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı ötən həftə Cənubi Kiprdə keçirilən Aİ liderlərinin qeyri-rəsmi sammitində iştirakdan imtina edib.
Publika.az xəbər verir ki, bu barədə Cənubi Kipr Administrasiyasının lideri Nikos Xristodulides məlumat yayıb.
O bildirib ki, sammitdən bir neçə gün öncə Ankaradan mənfi cavab gəlib. Xristodulidesin sözlərinə görə, Türkiyəyə göndərilən dəvətnamədə yalnız Ərdoğanın iştirakı deyil, həm də xarici işlər naziri Hakan Fidanın Almaniyada keçirilən Aİ xarici işlər nazirlərinin ənənəvi qeyri-rəsmi sammitində və ya Avropa İttifaqının Ümumi İşlər Şurasında iştirakı da yer alıb.
Türkiyə mediasına görə, Kipr lideri ilin əvvəlində Aİ sədrliyini qəbul edərkən Ərdoğanı qeyri-rəsmi Aİ sammitlərinə dəvət etmək niyyətində olduğunu da açıqlayıb.
İddiaya görə, Xristodulides noyabr ayında Türkiyənin sədrliyi ilə Antalyada keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransına dəvət olunmaq istəyir.
Müəllif: Roza
-
Magazin110:46Tanınmış blogerin evi YANDI: "Dəhşət idi" - FOTO
-
Nida Xəbər 09:34Leyla və Arzu Əliyevalara "Qurani-Kərim” hədiyyə olundu - FOTO
-
Elm və təhsil09:00Universitetlərdə dərslər bu tarixdə yekunlaşacaq
-
Sosial07:15Çiyələk və alça bu il baha ola bilər - Səbəb
-
Dünya05:45Zelenski Ermənistana gələcək - Gizli şəkildə...
-
Hadisə02:18Həmin piyadanı vuran şəxs futbolçu imiş - Foto/Video
-
Qoroskop01:40Günün ulduz falı: intuisiya sizi doğru istiqamətə aparacaq
-
ABŞ01:20Trampa sui-qəsd cəhdində ittiham olunan şəxs məhkəmə qarşısında
















.jpg)














.png)




