Kralların davranışı Rusiyanı qəzəbləndirdi: Qarışmayın
Bizi izləyin

Dünya

Kralların davranışı Rusiyanı qəzəbləndirdi: Qarışmayın

Kralların davranışı Rusiyanı qəzəbləndirdi: Qarışmayın

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Avropa monarxları siyasi bəyanatlardan çəkinməli və öz rollarını xatırlamalıdırlar.

Publika.az xəbər verir ki, Medvedev Ukrayna lideri Volodimir Zelenski ilə İsveç kralı XVI Karl Qustav arasında Lvovda keçirilən görüş, eləcə də Böyük Britaniya kralı III Çarlzın ABŞ Konqresindəki çıxışı ilə bağlı şərh verib.

Medvedevin sözlərinə görə, monarxlar siyasətə qarışmamalıdırlar, çünki onların funksiyası simvolikdir.

Bundan əvvəl, ABŞ Konqresi qarşısında çıxış edən III Çarlz Ukrayna ətrafındakı vəziyyət kontekstində NATO ölkələri arasında birliyə çağırış etmiş və Vaşinqton Müqaviləsinin 5-ci maddəsini xatırlatmışdı.

O, həmçinin qeyd edib ki, Ukraynanı dəstəkləmək və davamlı sülhə nail olmaq üçün oxşar qətiyyətə ehtiyac var.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm