Güclü zəlzələ Yaponiyada metronun hərəkətini iflic etdi
Bizi izləyin

Dünya

Güclü zəlzələ Yaponiyada metronun hərəkətini iflic etdi

Güclü zəlzələ Yaponiyada metronun hərəkətini iflic etdi

Yaponiyanın Osaka şəhərində zəlzələdən sonra metro qatarlarının hərəkəti pozulub.

Publika.az xəbər verir ki, vu barədə "Osaka Metro" operator şirkəti məlumat yayır.

Bildirilib ki, zəlzələ ilə əlaqədar Midosudzi xəttində qatarların hərəkət cədvəlində fasilələr yaranıb.

Mayın 2-də Yaponiyanın Nara prefekturasında 5,7 bal gücündə zəlzələ baş verib və bu, qonşu meqapolis Osakada da hiss olunub. Şəhərdə əvvəlcə zəif yırğalanma, daha sonra isə bir neçə kəskin şaquli təkan qeydə alınıb. Bundan sonra seysmik aktivlik dayanıb.

Prefektura administrasiyasındakı mənbənin "RİA Novosti" agentliyinə verdiyi məlumata görə, hadisə nəticəsində zərərçəkənlər barədə hələlik məlumat daxil olmayıb.

Yaponiyada yeraltı təkanlar sonuncu dəfə aprelin sonunda ölkənin şimalında, Hokkaydo prefekturasında qeydə alınıb. O zaman 6 bal gücündə zəlzələ baş verib. Məlumata görə, yeraltı təkanların episentri əhalisi təxminən 173 min nəfər olan Obihiro şəhərindən 30 kilometr cənub-qərbdə yerləşib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm