Rusiyada "Coca-Cola"nın rəhbəri həbs olundu - İslam Abasovu aldadıbmış
Bizi izləyin

Dünya

Rusiyada "Coca-Cola"nın rəhbəri həbs olundu - İslam Abasovu aldadıbmış

Rusiyada "Coca-Cola"nın rəhbəri həbs olundu -  İslam Abasovu aldadıbmış

“Coca-Cola”nın keçmiş rəhbəri Vadim Çirkov rəqiblərini mağazalardan sıxışdırıb çıxarmaq və tərəfdaşını aldatmaq iddiası ilə dörd il müddətinə azadlıqdan məhrum edilib.

Publika.az xəbər verir ki, bu barədə “Mash” saytı məlumat yayıb.

Bildirilib ki, 2015-ci ildə Çirkov distribütor İslam Abasova “Pepsi” və “Çernoqolovka”nı rəflərdən çıxarmaq üçün məhsullarını zərərlə satmağı təklif edib. Daha sonra yaranan fərqin kompensasiya ediləcəyi vəd olunub. Sahibkar buna inanıb və on milyonlarla rubl ziyana düşüb.

Ödəniş vaxtı çatanda şirkət öhdəliklərini yerinə yetirməkdən imtina edib. Abasov hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb və axtarışlar nəticəsində Çirkov saxlanılıb.

Həbs cəzası ilə yanaşı, məhkəmə onu zərərçəkənə 45 milyon rubldan çox vəsait ödəməyə də məcbur edib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm