Dünya
Qərbin Kiyevə 9 May xəbərdarlığı: Ukraynaya dəstək zəifləyəcək
Qərb ölkələri Ukrayna prezidenti Vladimir Zelenskiyə Moskvada keçiriləcək Qələbə Paradına hücum etməmək barədə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, bu barədə “Focus”nəşri məlumat yayıb.
Bildirilib ki, Kiyevin Qərb müttəfiqləri belə bir addımı dəstəkləməyəcək və onlar bunun Ukrayna üçün ciddi reputasiya itkisinə səbəb ola biləcəyini düşünürlər.
Məlumata görə, Zelenski Ukrayna dronlarının Moskva üzərində fəaliyyət göstərə biləcəyini desə də, real hücumun ehtimalı aşağı qiymətləndirilir. Buna səbəb isə Rusiyanın sərt cavab zərbəsi ilə bağlı açıq xəbərdarlığıdır.
Qərb ekspertləri bildirir ki, 9 May paradına mümkün hücum beynəlxalq ictimaiyyətdə Ukraynaya olan dəstəyi zəiflədə bilər.
Rusiya tərəfi isə bu cür bəyanatların cavabsız qalmayacağını və hər hansı təxribatın ciddi nəticələr doğuracağını bəyan edib.
Müəllif: Roza
-
MDB09:27Ukrayna ilin əvvəlindən bəri beynəlxalq ehtiyatlarının 20%-ni itirib
-
Region09:18Kiviryan: "Türklərin qəddar, rusların isə mehriban olduğunu düşünənlər dərindən yanılırlar"
-
Art08:48"Mənə dedi ki, gəl, səhnədə öl"
-
Magazin208:00“Hürrem” və “Süleyman” 15 il sonra bir arada - FOTO
-
Dünya07:47Çinlilər dostluq kodunu sındırdılar
-
Ekologiya07:17Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
-
Magazin106:16Dua Lipanın 3 gün davam edəcək toyundan İLK FOTOLAR
-
Yaxın Şərq02:12Xarq adası yaxınlığında partlayış səsi eşidildi































