Sosial
Azərbaycanda "Roblox" bloklana bilər - Sərt xəbərdarlıq
"Bu gün uşaqlarımız kiberzorakılıq, zərərli məzmun və şəxsi məlumatların oğurlanması kimi ciddi kiberhəmlələrlə üz-üzədirlər. Dövlət Komitəsinin yaxından iştirakı ilə hazırlanan yeni qanun layihəsi bu sahədə hüquqi nizam yaradır. Yeni qaydalara əsasən, 16 yaşadək uşaqların sosial şəbəkələrdə qeydiyyatı məhdudlaşdırılır; 16–18 yaş arası yeniyetmələrin fəaliyyəti isə birbaşa valideyn nəzarətinə və razılığına bağlanır".
Publika.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Teleqraf İnformasiya Agentliyi və "Azad Azərbaycan" Televiziyasına verdiyi müsahibədə deyib.
Onun sözlərinə görə, bu tənzimləmə təkcə valideynlərin deyil, həm də internet provayderlərinin və qlobal platforma sahiblərinin üzərinə böyük öhdəliklər qoyur.
"Yeni mexanizmə görə, Azərbaycanda fəaliyyət göstərən rəqəmsal platformalar ölkədə rəsmi qeydiyyatdan keçməli və illik hesabat təqdim etməlidirlər. Platformada qanunazidd hallara yol verilərsə, onların aradan qaldırılması məsuliyyəti birbaşa şirkətin üzərinə düşür. Bu tələbləri yerinə yetirməyən platformaları böyük məbləğdə cərimələr, hətta fəaliyyətin tamamilə dayandırılması gözləyir.
Bu istiqamətdə artıq qəti addımlar atırıq. Dünyanın ən böyük uşaq oyun platformalarından olan "Roblox" şirkətinin rəhbərliyi ilə onlayn görüş keçirdik, uşaqların naməlum şəxslərlə ünsiyyətə cəlb olunması, bullinq, kibertəhlükələrlə bağlı narahatlığımızı dilə gətirdik və bildirdik ki, təhlükə davam edərsə, platformanın bloklanması təşəbbüsü ilə çıxış edəcəyik.
Eyni zamanda “TikTok” şəbəkəsində də uşaqların istismarı və onların ləyaqətini alçaldan məzmunlarla bağlı narahatlıqlarımızı aidiyyatı üzrə çatdırmışıq.
Bizim məqsədimiz uşaqları internetdən təcrid etmək və ya qadağalar qoymaq deyil. Əsas hədəfimiz uşaqların rəqəmsal savadlılığını və özünüqoruma bacarıqlarını artırmaq, eyni zamanda qaydaları pozan tərəflərin məsuliyyətini müəyyən edərək təhlükəsiz virtual mühit formalaşdırmaqdır", - komitə sədri qeyd edib.
-
Hadisə17 İyun 21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
-
ABŞ17 İyun 21:13"Arthur" yaxınlaşır - Cümə günü faciə törədəcək
-
Elm və təhsil17 İyun 20:22II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi
-
Hadisə17 İyun 20:10Qızını dəhşətli qəzada itirən vəkil valideynlərə çağırış etdi
-
Səhiyyə17 İyun 18:4016 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi
-
Sosial17 İyun 16:37Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi
-
Rəsmi xronika17 İyun 15:43İlham Əliyev sərəncam imzaladı
-
Hadisə17 İyun 14:30Fərhad Mehdiyevin qızının həlak olduğu qəzanın görüntüləri - VİDEO






.jpg)





.jpg)
























