Dünya
Qocalar evində şiddət iddiaları: Şok görüntülər - VİDEO
İstanbulun Beylikdüzü rayonunda fəaliyyət göstərən özəl yaşlılara baxım mərkəzində ciddi şiddət iddiaları ortaya çıxıb.
Publika.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan və təhlükəsizlik kameralarına aid olduğu bildirilən görüntülər ictimaiyyətdə böyük narazılıq yaradıb. İddialara görə, mərkəzdə çalışan bəzi işçilər yaşlı xəstələrə qarşı fiziki zorakılıq göstərib.
Kamera görüntülərində bir xəstənin mərkəzin işçisi tərəfindən itələnərək yerə yıxıldığı, nəticədə başından xəsarət aldığı əks olunur. Digər bir görüntüdə isə işçilərdən birinin yaşlı xəstənin üzünə tüpürdüyü iddia edilir. Həmin kadrlar qısa zamanda sosial mediada geniş yayılaraq sərt reaksiyalara səbəb olub.
Keçmiş əməkdaşlardan biri isə bəzi hadisələrin gizlədilməyə çalışıldığını iddia edib. Onun sözlərinə görə, yaralanan xəstənin rəsmi qeydlərdə “özünü vurduğu” kimi göstərildiyi, bəzi kamera görüntülərinin isə sonradan silindiyi bildirilir.
Eyni zamanda müəssisədə gigiyena vəziyyəti ilə bağlı da narazılıqlar gündəmə gəlib.
Ortaya çıxan görüntülərdən sonra ictimaiyyət mərkəzə dair geniş araşdırma aparılmasını tələb edir.
Müəllif: Roza
-
ABŞ09:33ABŞ Türkiyənin iki şirkətini və 7 rusiyalını sanksiya siyahısından çıxardı
-
Dünya07:357,5 bal gücündə zəlzələ bu ölkəni silkələdi - Ölü sayı 100 mini keçə bilər
-
Dünya05:15Rusiyaya yeni zərbələr endiriləcək - Zelenski əmr verdi
-
ABŞ04:30Ərdoğanı xoşbəxt edəcək qərar verəcəyəm - Tramp
-
İdman03:44Tarixi qərar: Hər bir idmançıya 10 min dollar veriləcək
-
Qoroskop01:40Günün ulduz falı: sirlərinizi bölüşməyin!
-
Hadisə24 İyun 22:46Suqovuşanda Vətən müharibəsi qazisi bıçaqlandı - Foto
-
Sosial24 İyun 22:04Evlənənlərin yarısı boşanır - Problemin həlli yolu nədir?

























.jpg)







