İdman
Futbolçu soyğunçuluğa görə həbs edildi: Məşhur klub bəyanat yaydı
“Vilyarreal”ın mətbuat xidməti “Okdiario”nun klubu cinayətlə əlaqələndirməsi ilə bağlı xəbərlərinə cavab olaraq rəsmi açıqlama yayıb.
Publika.az xəbər verir ki, daha əvvəl bildirilmişdi ki, “Vilyarreal”ın gənclər komandasının keçmiş oyunçusu Palma de Mayorkada polis tərəfindən La Soledad məhəlləsində 88 yaşlı təqaüdçüyə qarşı vəhşicəsinə hücum və soyğunçuluqda ittiham olunaraq həbs edilib.
Klubun bəyanatında deyilir:
“Vilyarreal”ın keçmiş akademiya oyunçusunu cinayətkar fəaliyyətlə əlaqələndirən məlumatlar nəzərə alınmaqla, klub bu şəxslə təşkilat arasında heç bir əlaqənin olmadığını aydınlaşdırmaq istəyir. O, bir mövsümdən çox əvvəl klubu birdəfəlik tərk edib. “Vilyarreal” mediadan oyunçu ilə klub arasındakı bu səhv əlaqəni dərhal təkzib etməyi tələb edir. Bundan əlavə, biz hörmət, tolerantlıq və müxtəliflik prinsiplərinə sadiq olduğumuzu bir daha təsdiqləyir, hər hansı bir zorakılıq formasını qəti və tamamilə rədd etdiyimizi bildiririk”.
Müəllif: Tural
-
Nida Xəbər 19:40Azərbaycanın bu ölkələrdəki səfirləri geri çağırıldı - Yeni təyinatlar
-
Elm və təhsil18:10Magistratura imtahanının nəticələri elan olundu
-
İKT16:05Süni intellekt savaşında sensasiya: Zukerberq Trampa qarşı çıxdı
-
Magazin115:24Sevda Ələkbərzadə görünüşünü dəyişdirdi - FOTO
-
Səhiyyə14:34Həkimdən etiraz: Aran Regional Klinikasının “ilk varikoz əməliyyatı” iddiası yalan çıxdı - VİDEO
-
Sağlamlıq14:01Bu məşhur sızanağı sıxdı, ölümdən döndü - Həkimlər xəbərdarlıq etdi
-
Tarix13:15Qeyri-adi məzar tapıldı: Başıaşağı dəfn və tısbağa sirri alimləri heyrətləndirdi - FOTO
-
Nida Xəbər 12:39Əli Əsədov sərəncam imzaladı












.jpg)
.jpg)






.jpg)

















