Dünya
Məryəm Ana heykəlinin ağzına siqaret qoyan israilli hərbçilər belə cəzalandırıldı
İsrail ordusunun iki hərbçisi Livanda Məryəm Ananın heykəlini təhqir etdiklərinə görə cəzalandırılıb.
Publika.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Hərbçilərdən biri heykəlin ağzına siqaret qoyaraq şəkil çəkdirib, digəri isə həmin anı lentə alıb. Hadisə ilə bağlı hər iki hərbçi hərbi həbs cəzası alıb. Şəkildə poz verən hərbçi 21 gün, onu fotoşəkilə çəkən isə 14 gün həbsdə qalacaq.
İsrail ordusunun sözçüsü Ariella Mazor bildirib ki, bu hadisəyə çox ciddi yanaşılır. Onun sözlərinə görə, ordu bütün dinlərə və icmalara məxsus ibadət azadlığına, dini mərasimlərə, müqəddəs məkanlara və dini simvollara hörmətlə yanaşır.
Bundan əvvəl də Livanın cənubunda bir israilli hərbçinin çəkiclə İsa Məsihin heykəlini sındırdığı barədə məlumat yayılmışdı. İsrail ordusu həmin hərbçinin də cəzalandırılacağını və heykəlin bərpası üçün yerli sakinlərə kömək etməyə hazır olduqlarını bildirib.
Müəllif: Publika.az
-
Magazin115:25Aparıcı pis rəy yazanları paylaşdı - FOTO
-
Qarabağ 15:17Xocalıya qayıdan 10 övladı olan gənc ailə - FOTO
-
Magazin215:00Stetxemin sevgilisi dekolteli geyimi ilə gündəm oldu - FOTO
-
Sosial13:34“Borcla yaşamaq” dövrü bitir: Vətəndaşlar indi bu bank kartına üstünlük verirlər
-
Nəqliyyat12:54Azərbaycana bu avtomobillərin idxalı kəskin azalıb: Səbəbi nədir?
-
MDB11:52Bu şəhərdə dəhşətli küçə döyüşləri gedir
-
Səhiyyə11:44Afiyəddin İsgəndərova yüksək vəzifə verildi - FOTO
-
Digər10:55Yaxın vaxtlarda güclü zəlzələ olacaq?











.jpg)



















.jpg)



