Dünya
Yeni müharibə alovlanır - ABŞ-ın bu addımı Avropada dağıdıcı eskalasiyaya səbəb olacaq
ABŞ ordusunun istefada olan polkovniki Lourens Uilkerson Avropada yeni və dağıdıcı müharibənin alovlana biləcəyi barədə ciddi xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, amerikalı hərbi ekspert bu barədə "YouTube" kanallarından birinin canlı efirində danışıb.
Polkovnik bildirib ki, Vaşinqton və Varşavanın birgə hərbi planları qitədə vəziyyəti kritik həddə çatdıra bilər. ABŞ-ın qoşunlarını Almaniyadan çıxararaq Polşada yerləşdirmək niyyətində olduğunu vurğulayan Uilkerson, bunun region üçün fəlakətli nəticələr doğuracağını qeyd edib:
"Təsəvvür edin ki, ABŞ Almaniyadan çıxardığı hərbi qüvvələrini Polşaya yerləşdirir. Bu plan hazırda ciddi şəkildə nəzərdən keçirilir. Bu, sözün əsl mənasında yeni və dağıdıcı eskalasiyadır".
Qeyd edək ki, bir qədər əvvəl ABŞ Silahlı Qüvvələri 4 mindən çox amerikalı hərbçinin Polşaya köçürülməsi ilə bağlı qərarı ləğv etmişdi. Buna baxmayaraq, hazırda Polşada rotasiya əsasında 10 mindən çox ABŞ hərbçisi xidmətini davam etdirir.
Müəllif: Adəm
-
Sosial10:39Bazar günündən metro yeni qrafikdə işləyəcək
-
Sosial09:54Etibarnamə ilə maşın sürənlərin nəzərinə - Gələn aydan...
-
Dünya09:36ABŞ İrana qaçan agentin başına bu qədər mükafat təyin etdi
-
Maraq dünyası09:12Bu bürclərin 15-31 may tarixlərində pul sarıdan bəxtləri gətirəcək
-
Magazin108:36Vəfat edən əri ilə bağlı paylaşım etdi - VİDEO
-
İdman08:00Fransa dünya çempionatına bu heyətlə gedir
-
Magazin106:16Nəsrinin serialı nə vaxt başlayır?
-
Avto05:15Ən ucuz avtomobil 2030-cu ilə qədər yoxa çıxa bilər - FOTO
































.jpg)


