İsrailli nazir barəsində həbs qərarı verildi
Bizi izləyin

Dünya

İsrailli nazir barəsində həbs qərarı verildi

İsrailli nazir barəsində həbs qərarı verildi

İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriç Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) baş prokurorunun ona qarşı gizli həbs qərarı tələb etdiyini iddia edib.

Publika.az xəbər verir ki, bu barədə “Haaretz” nəşri məlumat yayıb.

O, bu qərarın arxasında Fələstin Muxtariyyətinin olduğunu iddia edib.

Smotriç vurğulayıb ki, Qərb Şəriyədəki Xan əl-Əhmər kəndində yaşayan fələstinli bədəvilərin deportasiya edilməsi barədə əmri dərhal imzalayacaq.

"Əllər Haaqanın əlləridir, amma səs isə Fələstin Muxtariyyətinin. Bu təşkilat müharibəyə başladı. Mən itaətkar yəhudi deyiləm. Baş nazir, müdafiə naziri və maliyyə naziri üçün həbs qərarlarının verilməsi müharibə elanıdır və biz müharibə elanına eyni şəkildə cavab verəcəyik", - deyə o vurğulayıb.

Qeyd edək ki, “Haaretz” nəşri 17 mayda Beynəlxalq Cinayət Məhkəməsinin gizli şəkildə 5 yüksək vəzifəli İsrail məmuruna qarşı həbs qərarı verdiyini, onlardan 3-nün siyasətçi, 2-sinin isə hərbi məmur olduğunu bildirib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm