Polşa xəbərdarlıq etdi: Aİ və NATO təhlükədədir
Bizi izləyin

Dünya

Polşa xəbərdarlıq etdi: Aİ və NATO təhlükədədir

Polşa xəbərdarlıq etdi: Aİ və NATO təhlükədədir

Polşa Belarus sərhədindəki miqrant axını ilə bağlı xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Şikorski açıqlama yayıb.

Onun sözlərinə görə, Rusiya və Belarus Yaxın Şərq, Afrika və Cənubi Asiyadan gələn miqrantları qəsdən Avropa sərhədlərinə yönləndirir.

İddia edilir ki, bunun məqsədi Avropa İttifaqı daxilində qarışıqlıq yaratmaq və NATO-nun şərq sərhədlərini zəiflətməkdir. Buna görə də Polşa sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib, əlavə hərbçilər yerləşdirib.

Şikorski təhlükənin təkcə Polşa ilə məhdudlaşmadığını, bütün Avropa üçün risk yaratdığını deyib.

Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış isə bildirib ki, bu, Rusiyanın “hibrid təzyiq” siyasətinin bir hissəsidir.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm