Dünya
Bu ölkədə cəhənnəm yaşanır: Turistlər hər yeri tutub, yerli sakinlər evlərinə qapanıb
İtaliyanın məşhur kurort şəhərləri yay mövsümü başlamamış turist axını səbəbindən iflic vəziyyətinə düşüb. Xüsusilə Positano, Çinkve-Terre və Romada küçələr insan seli ilə dolub, yerli sakinlər isə normal hərəkət edə bilmədiklərini bildirirlər.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, turistlər dar küçələri, pilləkənləri, dayanacaqları və əsas görməli yerləri tamamilə zəbt edib.
Ən ağır vəziyyət Amalfi sahillərində yerləşən Positanoda müşahidə olunur. Kadrlarda yüzlərlə insanın dar keçidlərdə çətinliklə hərəkət etdiyi, tez-tez dayanaraq dəniz mənzərəsi və rəngarəng evlərlə şəkil çəkdirdiyi əks olunub. Bu səbəbdən mağaza və restoranların girişləri belə bağlanır.
Qonşu Noçera-İnferiore şəhərinin sakini Antonio Attianese region rəhbərliyini sərt tənqid edib: “Əgər bələdiyyələr bu xaosu istəməsəydi, çoxdan tədbir görərdilər. Bu problem illərdir davam edir və vəziyyət getdikcə daha da pisləşir”.
Oxşar mənzərə Çinkve-Terredə də yaşanır. Turistlər avtobus və qatarlara hücum edir, müşahidə platformalarında uzun növbələr yaradırlar.
Romada isə sosial şəbəkə istifadəçiləri vəziyyəti artıq “əsl cəhənnəm” adlandırırlar. Kolizey və digər məşhur məkanların qarşısında kilometrlərlə uzanan növbələr yaranıb.
Yerli sakinlərin sözlərinə görə, əsas problemlərdən biri “mordi e fuggi” adlanan birgünlük turizmdir. Belə turistlər bölgədə ciddi pul xərcləmədən yalnız ucuz suvenirlər alır, lakin infrastruktura böyük yük yaradırlar.
Positanonun keçmiş meri Salvatore Qalyano vəziyyəti “üçüncü dünya ölkələrinin səhnələri” ilə müqayisə edib. O bildirib ki, əsas problem dar yollar və xüsusilə kruiz gəmilərindən gələn turist axınının nəzarətsiz qalmasıdır: “Bu qədər insanın öhdəsindən gəlmək mümkün deyil. Amalfi sahillərinin gözəlliyi məhv olur”.
Müəllif: Adəm
-
İdman21:49Yeni müqaviləni Türkiyədə imzaladı - Bu fotonu paylaşdı
-
Nida Təhlil 21:23Avropanı yalnış yola sürükləmək cəhdi - “Telos” niyə Ermənistana fokuslanır?
-
Magazin119:55"Arzum"a görə mübahisə yarandı: Nazilə ona mesaj yazan izləyicini polisə verdi - Foto
-
Ekopublika.az19:05Bakıda bağ evlərində istirahət qiymətləri: 13 min manat...
-
MDB17:24Priqojinin sirri illər sonra üzə çıxdı: Qiyamdan əvvəl ona ağır diaqnoz qoyulubmuş
-
Avropa16:51Avropada qalmaqal: Brüsseldə bu ölkənin casus şəbəkəsi aşkarlandı
-
Dünya16:10Ərdoğanın maaşı artırıldı: Görün nə qədər oldu
-
Maraq dünyası14:56Marsda yadplanetlinin tapançası tapıldı – Dünya bu FOTODAN danışır






.jpg)




















.jpg)




