Dünya
Qlobal neft ehtiyatları kəskin azalır - Qiymətlər 200 dollara çata bilər
Dünya üzrə xam neft və neft məhsulları ehtiyatları rekord sürətlə azalır.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, Yaxın Şərqdə uzanan müharibə səbəbindən dünya üzrə xam neft və neft məhsulları ehtiyatlarında ciddi azalma müşahidə olunur. 2026-cı ilin mayında qlobal ehtiyatlar gündəlik 8,7 milyon barel azalıb. Bu, münaqişə başlayandan bəri ən yüksək göstərici hesab olunur.
“Goldman Sachs” analitikləri bildirirlər ki, Hörmüz boğazı vasitəsilə neft ixracı adi səviyyənin cəmi 5 faizinə düşüb. Bu isə həm Asiyada, həm də Avropada yanacaq çatışmazlığı riskini artırır.
ABŞ-da isə son həftədə neft ehtiyatlarının həcmi 17,8 milyon barel azalıb. Ekspertlər xəbərdarlıq edirlər ki, tətil mövsümünün başlaması ilə benzin və dizelə tələbat daha da artacaq.
“Wood Mackenzie” şirkəti isə hesab edir ki, Hörmüz boğazı ilin sonuna qədər açılmasa, "Brent" markalı neftin qiyməti 200 dollara çata bilər. Bu halda dünya iqtisadiyyatını son yüz ilin ən ağır enerji böhranı gözləyir.
Müəllif: Roza
-
Dünya16:23Donald Trampa bənzəyən buğa gündəm oldu: Qurbanda kəsəcəklər - FOTOLAR
-
Sosial14:40Deputat: Uşaqpulu tənbəllik yarada bilər - VİDEO
-
Sosial14:27"Telegram" və "WhatsApp" istifadəçilərinə xəbərdarlıq - Hakerlər məlumatlarınızı oğurlayır
-
Rəsmi xronika13:38Makron İlham Əliyevə zəng vurdu
-
Dünya12:56Təcili xəbərdarlıq - Ərzaq qiymətləri arta bilər
-
Region12:38Türkiyə ilə Ermənistan nümayəndələri görüşdü: Mühüm razılaşma əldə edilib
-
İdman11:00“Sportinq”in gürcüsünün ilham pərisi - FOTOLAR
-
Sosial08:37Türkiyəyə də quru yolla gedə biləcəyik: ucuz qiymətə! - Açıqlama






















.jpg)

.jpg)










