Sağlamlıq
Yeniyetmələrdən gələn pis qoxunun səbəbi açıqlandı: Həkimlər deyir ki...
Yeniyetməlik dövründə orqanizmdə baş verən hormonal dəyişikliklər tər və piy vəzilərinin fəaliyyətini artırır. Bu səbəbdən də həmin yaşlarda həm tərləmə çoxalır, həm də bədəndə xoşagəlməz qoxu yaranır.
Publika.az xəbər verir ki, bunu pediatr Yelena Zıkina bildirib.
Həkimin sözlərinə görə, tərin özü demək olar ki, qoxusuz olur. Lakin dəridəki bakteriyalarla təmas zamanı müxtəlif maddələrin parçalanması baş verir və nəticədə kəskin qoxu yaranır. Mütəxəssis bildirib ki, bu proses təbiidir və əksər hallarda yaş artdıqca normallaşır.
Pediatr yeniyetmələrə şəxsi gigiyenaya xüsusi diqqət yetirməyi tövsiyə edib: “Gündəlik yuyunmaq, yumşaq antibakterial vasitələrdən istifadə etmək, xüsusilə alt paltarlarını tez-tez dəyişmək, yaşa və dəri tipinə uyğun dezodorant və ya antiperspirantlardan istifadə vacibdir”.
Həkim həmçinin düzgün qidalanmanın, dərinin təmiz saxlanılmasının və bədəndəki dəyişikliklərin izlənməsinin əhəmiyyətini vurğulayıb. Zərurət yarandıqda isə mütəxəssisə müraciət etmək tövsiyə olunur.
Müəllif: Adəm
-
Kriminal20:24Film kimi olay: Qadın böyük oğlunun və sevgilisinin köməyi ilə əkiz oğlanlarını öldürdü
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi




































