Dünya
Həyatı bahasına cadugər xanımını qəzəbli izdihamdan qorudu
Hindistanın Qadivakda kəndinin sakinləri Kamlaben adlı qadını cadugərlikdə ittiham edərək ona hücum ediblər.
Publika.az xəbər verir ki, bu barədə "News 9 Live" nəşri məlumat yayıb.
Qonşular Kamlabeni cadugər hesab edərək əvvəlcə onun və həyat yoldaşı Manubhay Ramcibhay Damorun öz əşyalarını yığıb kəndi həmişəlik tərk etmələrini tələb ediblər. Cütlük bu tələbi rədd etdikdən sonra evləri daş-qalaq edilməyə başlanıb.
Manubhay öz övladları və digər qohumları ilə birlikdə həyat yoldaşını qəzəbli izdihamdan qorumağa çalışıb. Lakin kənd sakinləri silahlı olduqları üçün münaqişə faciə ilə nəticələnib; kişi həyat yoldaşını xilas etmək üçün öz həyatını fəda edib. Məlumata görə, davadan sonra Kamlabenin ailəsinin daha iki üzvü ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Polis hadisə ilə bağlı 12 kənd sakininə qarşı cinayət işi açıb. Şübhəli şəxslər arasında mafiya qruplaşmasının üzvləri də var.
Hüseyn İbadlı
-
Magazin206:16Oktay Kaynarca və Fahriyə Evcen eyni serialda
-
İdman05:15Millinin baş məşqçisi Mbappeyə BAŞ ƏYDİ
-
Dəb04:44Stilist mövsümün ən dəbli çantasını seçdi
-
Səhiyyə01:41Nəhayət ki, sızanaqların dəqiq səbəbi tapıldı
-
Magazin200:45"Harri Potter"in ulduzu vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Bu, qaçmaq üçün bir fürsətdir
-
Region00:15Türkiyə-Ermənistan sərhədində hərəkətlilik başladı
-
Sosial00:00Leyla Əliyeva pianoda bu mahnını ifa etdi - VİDEO

































