Dünya
Bu ölkənin tarixində ilk – Prezident seçkilərində qadın qalib gəldi
Sağçı “Xalq Qüvvəsi” partiyasının namizədi Keyko Fuhimori Peruda keçirilən prezident seçkilərində qalib gəlib.
Publika.az xəbər verir ki, Milli Seçki Prosesləri Orqanı (ONPE) nəticələri iyunun 30-da açıqlayıb.
Rəsmi məlumata görə, bülletenlərin 100%-i emal edildikdən sonra Fuhimori 9.223.396 vətəndaşın dəstəyini qazanıb ki, bu da səslərin 50.135%-ni təşkil edir. Onun əsas rəqibi, "Peru üçün Birlikdə" siyasi təşkilatını təmsil edən Roberto Sançes səslərin 49.865%-ni toplayıb. O, 9.173.755 səs toplayıb.
Fuhimori ölkə tarixində demokratik yolla ən yüksək vəzifəyə seçilən ilk qadın olub. 2022-ci ildə Dina Boluarte prezidentlik vəzifəsini icra etmişdi. Lakin həmin vaxt o, Pedro Kastilyo hakimiyyətdən uzaqlaşdırdıqdan sonra səlahiyyətləri öz üzərinə götürmüşdü.
Müəllif: Tural
-
Region11:58Erməni nazir İranı təriflədi - Tehran və İrəvan ikinci körpünü tikəcək
-
İdman11:47Erməni güləşçilər Bakıya gəldilər
-
Magazin211:26Castin Biberin həyat yoldaşı geyimi ilə gündəm oldu - FOTO
-
MDB11:09Xerson yenə vuruldu - Ölən və yaralananlar var
-
Avropa10:57Bütün Almaniya onu axtarır - Kansler "sərt şəkildə cəzalandırılacaq!" dedi
-
Ekologiya10:48Bakıda 39 dərəcə isti qeydə alındı - FAKTİKİ HAVA
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ






























