Dünya
ABŞ-İran gərginliyi: Neft sürətlə bahalaşır
ABŞ və İranın qarşılıqlı zərbələr endirməsi, həmçinin İsrailin Hizbullaha qarşı əməliyyatları nəticəsində neft qiymətləri yenidən bahalaşıb.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, ABŞ xam neftinin bir bareli 2,62 faiz artaraq 89,65 dollara, “Brent” markalı neft isə 2,25 faiz bahalaşaraq 93,17 dollara yüksəlib.
Qeyd edək ki, ötən həftə ABŞ və İran arasında qarşılıqlı zərbələr davam edib. Amerika ordusu Bəndər-Abbas liman şəhərinə hücum edərək PUA buraxılış qurğusunu məhv edib. Buna cavab olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın aviabazasına zərbə endirib və hücumların davam edəcəyi təqdirdə daha qətiyyətli addımlar atacaqlarını bəyan edib.
Ən son isə ABŞ tərəfindən İrana aid radar qurğusu, eləcə də Qəruk və Keşm adasındakı idarəetmə və nəzarət mərkəzləri hədəf alınıb.
Müəllif: Roza
-
Magazin206:16Oktay Kaynarca və Fahriyə Evcen eyni serialda
-
İdman05:15Millinin baş məşqçisi Mbappeyə BAŞ ƏYDİ
-
Dəb04:44Stilist mövsümün ən dəbli çantasını seçdi
-
Səhiyyə01:41Nəhayət ki, sızanaqların dəqiq səbəbi tapıldı
-
Magazin200:45"Harri Potter"in ulduzu vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Bu, qaçmaq üçün bir fürsətdir
-
Region00:15Türkiyə-Ermənistan sərhədində hərəkətlilik başladı
-
Sosial00:00Leyla Əliyeva pianoda bu mahnını ifa etdi - VİDEO

































