Dünya
Pakistanda axşam məktəbində faciə - Azı 14 uşaq həlak oldu
Pakistannın şərqindəki Lahor şəhərində çərşənbə axşamı tikilməkdə olan tədris mərkəzinin damının uçması nəticəsində azı 14 məktəbli həlak olub.
Publika.az xəbər verir ki, bu barədə "Associated Press" yerli qurumların məlumatlarına istinadla məlumat yayıb.
Polisin yüksək rütbəli zabiti Feysal Kamran bildirib ki, daha səkkiz uşaq xəsarət alıb və xəstəxanaya çatdırılıb. O, tədris mərkəzinin sahibinin və daha bir nəfərin saxlanıldığını əlavə edib.
Kamranın sözlərinə görə, dağıntılar altında başqa uşaqların da qala biləcəyinə dair məlumatlardan sonra xilasedicilər ərazini təmizləməkdə davam edirlər. O qeyd edib ki, tədris mərkəzi köhnə binada yerləşirdi və natamam ikinci mərtəbənin damı, güman ki, keyfiyyətsiz tikinti səbəbindən uçub.
Pakistan Prezidenti Asif Əli Zərdari Lahorda axşam məktəbinin binasının uçması ilə bağlı həlak olanların yaxınlarına başsağlığı verib. O, həmçinin oxşar faciələrin qarşısını almaq üçün effektiv təhlükəsizlik tədbirlərinin görülməsinin vacibliyini vurğulayıb.
Hüseyn İbadlı
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16Günayın Misir tətili - FOTO
-
Sağlamlıq05:45Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi































