Dünya
Avropadan Kanadaya cəlbedici təklif: ABŞ-ın 51-ci ştatı olmaqdansa...
Finlandiya prezidenti Aleksandr Stubb Avropa İttifaqının (Aİ) üzv sayının 27-dən 40-a çatdırılmasını təklif edib və Kanadanın da birliyə qoşulmasının mümkünlüyündən danışıb.
Publika.az xəbər verir ki, o, bu barədə CNBC telekanalına müsahibəsində bildirib.
“Kanadanın ABŞ-ın 51-ci ştatına çevrilməsi əvəzinə Aİ-nin 28-ci üzvü olması gözəl olmazdımı?” - deyə Stubb qeyd edib.
Finlandiya liderinin fikrincə, Avropa İttifaqı daha geniş düşünməli və beynəlxalq arenada öz mövqeyini gücləndirməlidir.
O, Aİ-yə potensial namizədlər sırasında Türkiyə, keçmiş Yuqoslaviya ölkələri, Albaniya, Norveç, İslandiya, Ukrayna, Moldova və Gürcüstanın adını çəkib.
Bu arada Almaniya Kansleri Fridrix Merts Ukraynanın yaxın vaxtlarda Avropa İttifaqına qəbul ediləcəyinə inanmadığını bildirib.
Kanslerin sözlərinə görə, Ukraynanın Aİ-yə üzvlük perspektivinin qorunması vacibdir. O qeyd edib ki, Kiyevlə Avropa İttaqı arasında inteqrasiyanı mərhələli şəkildə dərinləşdirmək mümkündür, lakin sürətli üzvlük hazırkı şəraitdə real görünmür.
Adəm
-
Region17:45İcbari tibbi sığortanın tətbiqindən sonra Ermənistanda həkimlər bu qədər maaş alır
-
Elm və təhsil16:49İyunun 21-də keçirilən imtahanın nəticələri açıqlandı
-
Rəsmi xronika16:23Prezident fərman imzaladı
-
Nida Xəbər 15:10Əli Əsədov qərar imzaladı
-
Dünya14:47İran nəşrindən Trampla bağlı qalmaqallı mesaj: Qisas qaçılmazdır - FOTO
-
Sosial14:09Bu şəxslərə 3 il müddətində hər ay müavinət ödəniləcək
-
Sosial12:36Azərbaycanda yenilik: Sosial şəbəkələrdə hesab açmaq üçün... - RƏSMİ
-
Nida Xəbər 12:06Azərbaycan və Ermənistan vətəndaşları məsuliyyət daşımayacaqlar - Bu məxfi məlumatı versələr




















.jpg)

.jpg)









