Dünya
İran nəşrindən Trampla bağlı qalmaqallı mesaj: Qisas qaçılmazdır - FOTO
İranın "Hamshahri" qəzeti ABŞ prezidenti Donald Trampın snayper nişangahının hədəfində təsvir olunduğu üz qabığı ilə diqqət çəkib.
Publika.az xəbər verir ki, qəzetin manşetində iri hərflərlə "Qisas qaçılmazdır" ifadəsi yer alıb.
Alt başlıqda isə "Müharibə cinayətkarları ilə üz-üzə gəlinməlidir" mesajı verilib. Nəşr bu ifadələrin İranın dini lideri Müctəba Xameneiyə aid olduğunu bildirib.
Qəzetdə, həmçinin ABŞ və İsrailin birgə hərbi əməliyyatları zamanı öldürülən iranlı yüksək vəzifəli şəxslərə görə cavab zərbələrinin endirilməsini tələb edən din xadimlərinin açıqlamalarına da yer verilib.
Sözügedən üz qabığı ABŞ-İran münasibətlərində gərginliyin davam etdiyi bir vaxtda dərc olunub.

Müəllif: Roza
-
Region11:58Erməni nazir İranı təriflədi - Tehran və İrəvan ikinci körpünü tikəcək
-
İdman11:47Erməni güləşçilər Bakıya gəldilər
-
Magazin211:26Castin Biberin həyat yoldaşı geyimi ilə gündəm oldu - FOTO
-
MDB11:09Xerson yenə vuruldu - Ölən və yaralananlar var
-
Avropa10:57Bütün Almaniya onu axtarır - Kansler "sərt şəkildə cəzalandırılacaq!" dedi
-
Ekologiya10:48Bakıda 39 dərəcə isti qeydə alındı - FAKTİKİ HAVA
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ






























