Dünya
35 milyon insan Xameneini son mənzilə yola salacaq - Hansı ölkələr qatılacaq?
ABŞ və İsrailin 28 fevralda İrana hücumu zamanı həyatını itirən İranın keçmiş dini lideri Əli Xamenei üçün 4-9 iyul tarixlərində, ümumilikdə altı gün davam edəcək dəfn mərasimləri keçiriləcək.
Publika.az xəbər veri ki, ilk mərasimlər 4-5 iyulda Tehrandakı Mosalla kompleksində baş tutacaq.
Daha sonra cənazə Qum, Nəcəf və Kərbəla şəhərlərinə aparılacaq, dəfn isə 9 iyulda Xameneinin doğulduğu Məşhəd şəhərində həyata keçiriləcək.
Bildirilir ki, mərasimlərdə ölkə daxilindən və xaricdən təxminən 35 milyon nəfərin iştirakı gözlənilir. Bu səbəbdən Tehranda geniş təhlükəsizlik tədbirləri görüləcək, magistral yollar müvəqqəti dayanacaq kimi istifadə olunacaq, məktəb, universitet və idman zalları ziyarətçilərin yerləşdirilməsi üçün ayrılacaq.
Pakistanın rəsmi nümayəndə heyətinin də mərasimdə iştirak edəcəyi təsdiqlənib. Digər ölkələrin, o cümlədən Rusiya, Çin və Körfəz dövlətlərinin hansı səviyyədə təmsil olunacağı isə hələ dəqiqləşməyib.
Müəllif: Roza
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16Günayın Misir tətili - FOTO
-
Sağlamlıq05:45Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
































