Nida Xəbər
Əli Əsədov qərar imzaladı
“Elektron icra” informasiya sistemində ilk dəfə xüsusi icra məmurları tərəfindən icra sənədlərinin qeydiyyatı, əmlakın uçotu və müvafiq qərarların sistemə daxil edilməsi funksiyaları yaradılır.
Publika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, “Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”yə xüsusi icra məmurlarının fəaliyyətini tənzimləyən yeni bəndlər əlavə edilib. Yeni tənzimləmə ilə tələbkar tərəfindən birbaşa icraya yönəldilən sənədlər ümumi sistem qeydiyyatından istisna edilib və "İcra haqqında" Qanuna uyğunlaşdırılıb.
Dəyişikliklərlə sistem vasitəsilə təkcə dövlət icra məmurları deyil, həm də xüsusi icra məmurları tərəfindən icra sənədlərinin, habelə barəsində icra hərəkətləri həyata keçirilən əmlakın rəsmi uçotu aparılacaq. Eyni zamanda, icra icraatı ilə bağlı qərarlar, aktlar, protokollar və digər rəsmi sənədlər real vaxt rejimində informasiya sisteminə inteqrasiya olunacaq.
Sənədə əsasən, sənədlərin hazırlanması, göndərilməsi və proses zamanı bildirişlərin idarə olunması qaydaları həm dövlət, həm də xüsusi icra məmurlarının birgə fəaliyyətini əhatə edəcək.
-
Magazin202:43Kerem Bürsin əməliyyat olundu - Foto
-
Qoroskop01:40Günün qoroskopu: bu məsələlər diqqət mərkəzində olacaq
-
Kriminal00:45Dilqəm Əsgərova qarşı cinayət işi açıldı
-
Region28 Avqust 22:46Türkiyədə dəhşətli meşə yanğını: Evlər boşaldılır
-
Hadisə28 Avqust 22:18Azərbaycanda 11 yaşlı qız əməliyyatdan sonra öldü
-
Elm və təhsil28 Avqust 19:50DİM sədri şad xəbər verdi: 600-dən çox bal toplayıb kənarda qalanlar...
-
Nida Xəbər 28 Avqust 19:30Bu ölkənin səfiri Azərbaycan XİN-ə çağırıldı - Qərəzli süjetə etiraz
-
Hadisə28 Avqust 19:10Bakı metrosunda həyəcanlı anlar: qadın qatar yoluna düşdü













.webp)









.jpg)










.jpg)

.jpg)