Dünya
Çin lideri Kim Çen Inın dəvəti ilə Şimali Koreyaya gedir
Çin Xalq Respublikasının sədri Si Cinpin KXDR lideri Kim Çen Inın dəvəti ilə iyunun 8-9-da Şimali Koreyaya dövlət səfəri edəcək.
Publika.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
"Koreya Əmək Partiyasının baş katibi və KXDR-in Dövlət İşləri üzrə sədri yoldaş Kim Çen Inın dəvəti ilə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi və Çin Xalq Respublikasının sədri Si Cinpin iyunun 8-9-da KXDR-ə dövlət səfəri edəcək", - deyə məlumatda qeyd olunur.
Mart ayında Kim Çen In KXDR ilə Çin arasında dostluq və əməkdaşlığın daha da möhkəmlənəcəyini bildirmişdi.
KXDR rəhbəri Çin sədrinə cavab məktubu ünvanlayaraq, Koreya Əmək Partiyasının (KƏP) baş katibi vəzifəsinə yenidən seçilməsi münasibətilə göndərdiyi təbrikə görə təşəkkür edib. Kim Çen In qeyd edib ki, çinli həmkarının təbrik məktubu həm onun özünə, həm də KƏP-in bütün üzvlərinə dəstək və ruh yüksəkliyi əlamətidir.
Hüseyn İbadlı
-
Nida Xəbər 17:41Türkiyə və Azərbaycan UNESKO-ya birgə müraciət təqdim etdilər
-
Sosial16:44Bakının məşhur bazarında gərginlik - VİDEO
-
Avropa16:12Fransada paraşüt təlimi zamanı 11 nəfər öldü
-
MDB15:36Rusiyada 52 dərəcə isti oldu - Çimərliklərdə izdiham yaşanır
-
Banklar 14:10Azərbaycanda problemli kreditlərin həcmi artdı - VİDEO
-
Region14:00Dələduzluq, qanunsuz mərc oyunları ilə bağlı əməliyyat - 409 nəfər saxlanıldı
-
Hadisə13:52Ağdərədə turistləri daşıyan mikroavtobus qəzaya düşdü
-
İqtisadi gündəm13:03Yayda balıq bazarında qiymətlər necədir? - VİDEO

































.jpg)