Dünya
Geri sayım başladı - Yaxın saatlarda nə baş verəcək?
ABŞ və İran arasında sazişin yaxın bir neçə saat ərzində imzalanacağı gözlənilir.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində məlumat verib.
Telekanalın jurnalisti Trey İnqstin sözlərinə görə, ABŞ Prezidenti ilə söhbətindən sonra o, Trampın sazişin yaxın iki-üç saat ərzində imzalanacağını bildirdiyini qeyd edib.
İyunun 13-də Tramp sazişin iyunun 14-də imzalanacağını elan etmişdi. Lakin İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Baqai memorandumun məhz həmin tarixdə imzalanmayacağını, buna baxmayaraq sazişin yaxın günlərdə bağlanması ehtimalının olduğunu bildirib. İyunun 14-də isə mətbuatda İranın ABŞ ilə razılaşma ilə bağlı hələlik qəti qərar vermədiyi barədə məlumatlar yayılıb.
Daha sonra Donald Tramp İsrailin Beyruta hücumunu pisləyib və həm İsraili, həm də "Hizbullah"ı Vaşinqtonun İranla sazişini pozmamaq üçün hücumları dayandırmağa çağırıb.
Hüseyn İbadlı
-
İdman22:32Bu yaranın sağalması üçün vaxt lazım olacaq - Messidən kədərli paylaşım
-
Cənubi Qafqaz22:18Ermənistanda fermerlər magistral yolu bağladı - Video
-
Hadisə21:39Qazaxda göldə boğularaq ölən ata və qızın fotosu
-
Elm və təhsil20:48DİM sədrindən ixtisaslaşma seçimi ilə bağlı xəbərdarlıq - Bunu etmək olmaz
-
Avropa19:50Yeni Baş nazir işə başlayan kimi Trampa zəng etdi
-
Sosial18:30Özəlləşdirmə çeklərinə görə kompensasiya ödənilməsinə başlanılıb? - Rəsmi açıqlama
-
Magazin215:29Məşhur aparıcıdan Azərbaycanla bağlı paylaşım - VİDEO
-
Yaxın Şərq14:30İran adaları ABŞ-ın quru əməliyyatına hazırlaşır: “İsti” qarşılayacağıq






.jpg)
.webp)

























