Dünya
Ukrayna məni aradan götürmək istəyir - ABŞ kəşfiyyatçısından iddia
ABŞ-ın keçmiş kəşfiyyatçısı Skott Ritter Ukrayna xüsusi xidmət orqanlarının onun yerini müəyyənləşdirərək fiziki cəhətdən aradan götürülməsini hədəf seçdiyini iddia edib.
Publika.az xəbər verir ki, o, bu barədə Rusiyanın işğalı altında olan Donetskdə keçirilən kitab təqdimatı zamanı danışıb.
Ritterin sözlərinə görə, onun məhv edilməsi üçün aparıldığı iddia olunan əməliyyat ABŞ Konqresi və Senatı tərəfindən ayrılan vəsaitlər hesabına maliyyələşdirilir. O bildirib ki, bu vəsaitlər faktiki olaraq amerikalı vergi ödəyicilərinin cibindən çıxır.
Keçmiş kəşfiyyatçı qeyd edib ki, Kiyev onu rəsmi şəkildə “informasiya terrorçusu” hesab edir.
Ritter çıxışı zamanı özünün qadağan olunmuş terror təşkilatlarından birinin üzvləri ilə eyni kontekstdə təqdim edilməsinə də diqqət çəkib. Onun sözlərinə görə, paradoks ondan ibarətdir ki, ABŞ vətəndaşlarının ödədiyi vergilər onun “terrorçu” kimi təqdim edilməsi fonunda ona qarşı fəaliyyətə yönəldilir.
Skott Ritter daha əvvəl də dəfələrlə Vaşinqtonun və Kiyevin siyasətini tənqid edən çıxışları ilə gündəmə gəlib.
Müəllif: Adəm
-
Magazin100:15İslamın menecerindən çağırış: "Kimsə bu oğlanı özünə gətirməlidir, çünki…"
-
Magazin100:00Dilarənin ən böyük arzusu: "Onlara baxanda ağlamaq istəyirəm"
-
Nida Xəbər 21 İyul 23:12“Dost Almaniya xalqına...” - İlham Əliyev xatirə kitabına bunları yazdı
-
Sağlamlıq21 İyul 22:24Hansı isti içkilər ömrü uzadır? - Maraqlı araşdırma
-
İdman21 İyul 22:00“Sabah” doğma meydanda qələbə qazandı - YENİLƏNDİ
-
ABŞ21 İyul 21:486000-dən çox insan "partlayıcı" ishala yoluxdu
-
İKT21 İyul 21:36"Telegram" kriptovalyuta cüzdanını təqdim edəcək
-
Magazin121 İyul 21:24Günel Bakıda villa tikdirir - FOTO














.png)


















