Uçuşu gecikən sərnişinlərə 600 avroyadək təzminat veriləcək
Bizi izləyin

Dünya

Uçuşu gecikən sərnişinlərə 600 avroyadək təzminat veriləcək

Uçuşu gecikən sərnişinlərə 600 avroyadək təzminat veriləcək

Avropa İttifaqı hava yolu sərnişinlərinin hüquqlarını genişləndirən yeni qaydalar üzrə razılığa gəlib.

Publika.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası açıqlama yayıb.

Bildirilib ki, yeni tənzimləməyə əsasən, uçuşu 3 saatdan çox gecikən və ya reysi ləğv edilən sərnişinlər məsafədən asılı olaraq 250 avrodan 600 avroyadək təzminat ala biləcəklər.

Qaydalarda bildirilir ki, 1500 kilometrə qədər olan uçuşlarda 250 avro, 1500-3500 kilometr arası reyslərdə 400 avro, 3500 kilometrdən uzun uçuşlarda isə 600 avroya qədər kompensasiya ödəniləcək. Eyni zamanda, uçuşun 14 gündən az müddət qalmış ləğvi də təzminat hüququ yaradır.

Yeni sistem sərnişinlər üçün əlavə təminatları da əhatə edir. Gecikmələr zamanı hər 2 saatdan bir içki, 3 saatdan sonra yemək, daha sonra isə internetə çıxış və telefon zəngi imkanı təmin olunacaq. Gecə gecikmələrində isə aviaşirkətlər pulsuz otel və transfer xidmətini qarşılamalı olacaq.

Qaydalara görə, aviaşirkətlər sərnişinlərin müraciətlərinə 30 gün ərzində cavab verməli, ya təzminatı ödəməli, ya da imtinanı əsaslandırmalıdır. Həmçinin sərnişinlərin alternativ marşrutla daşınması, məlumatlandırılması və hüquqlarının daha şəffaf şəkildə təqdim olunması da məcburi olacaq.

Yeni tənzimləmənin təsdiqləndikdən sonra qüvvəyə minəcəyi qeyd olunub.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm