Tramp-Zelenski görüşünün pərdəarxası: Bu plan müzakirə olunub
Bizi izləyin

Dünya

Tramp-Zelenski görüşünün pərdəarxası: Bu plan müzakirə olunub

Tramp-Zelenski görüşünün pərdəarxası: Bu plan müzakirə olunub

G7 sammiti çərçivəsində Fransanın Evian-le-Ben şəhərində Ukrayna prezidenti Vladimir Zelenski, ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron arasında qapalı görüş keçirilib.

Publika.az xəbər verir ki, bu barədə “The Kyiv Independent” nəşri mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, görüş zamanı əsas müzakirə mövzusu Ukrayna münaqişəsi ilə bağlı danışıqlar prosesinin yenidən aktivləşdirilməsi olub. Rusiya prezidenti Vladimir Putinlə birbaşa görüşün tərəfdarı olan Zelenski sammitdən əvvəl Trampın ABŞ ərazisində belə bir görüşün təşkilində vasitəçi ola biləcəyinə ümid etdiyini açıqlamışdı.

Bu arada Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Zelenski ciddi və məsuliyyətli dialoqa hazırdırsa, danışıqlar üçün Moskvaya gələ bilər və orada qəbul olunacaq.

Daha sonra “Sky News”un yaydığı məlumata əsasən, Donald Tramp İran məsələsinin artıq ikinci plana keçdiyini və diqqətini Ukrayna münaqişəsinin həllinə yönəltmək niyyətində olduğunu bildirib. O, həmçinin Vladimir Zelenski ilə ayrıca görüş keçirə biləcəyini də istisna etməyib.

Siyasi şərhçi, amerikaşünas Konstantin Bloxinin sözlərinə görə, G7 sammiti Qərb liderləri üçün yalnız strategiyanın müzakirə olunduğu platforma deyil, eyni zamanda Vaşinqtona təsir vasitəsinə çevrilib.

Ekspert hesab edir ki, Avropa liderləri Trampın Rusiya ilə bağlı müstəqil addımlar atmasının və əvvəlki sərt xəttdən uzaqlaşmasının qarşısını almağa çalışırlar.

“Avropanın strategiyası dəyişməyib. Məqsəd Trampın yanaşmasını vahid Qərb kursuna uyğunlaşdırmaq və Rusiya-Ukrayna məsələsində fərqli mövqelərin yaranmasına imkan verməməkdir”, - deyə Bloxin bildirib.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm