Tramp və Pezeşkian anlaşma memorandumunu imzaladı
Bizi izləyin

Dünya

Tramp və Pezeşkian anlaşma memorandumunu imzaladı

Tramp və Pezeşkian anlaşma memorandumunu imzaladı

ABŞ ilə anlaşma memorandumu hər iki ölkənin lideri - Məsud Pezeşkian və Donald Tramp tərəfindən imzalanıb.

Publika.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai açıqlayıb.

O, İran və ABŞ arasındakı anlaşma memorandumunun rəqəmsal şəkildə imzalandığını bəyan edib:

"Anlaşma memorandumu hər iki ölkənin prezidentləri tərəfindən imzalandıqdan sonra onun pozulması daha baha başa gələcək".

Onun sözlərinə görə, bu ana qədər danışıqlar qruplarının Cenevrədə iştirak proqramı qüvvədə qalır, lakin memorandum rəqəmsal qaydada imzalanıb və İsveçrədə hər hansı imzalama mərasimi keçirilməyəcək.

Bəqai əlavə edib ki, memorandumun mətnində danışıqların yalnız nüvə məsələsi və sanksiyaların ləğvi istiqamətində aparılacağı vurğulanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm