İdman
FİFA şərhçini dünya çempionatından kənarlaşdırdı - Türkiyə ilə oyunda...
Beynəlxalq Futbol Federasiyası (FİFA) paraqvaylı şərhçi Xorxe Veranı akkreditasiyadan məhrum edib.
Publika.az xəbər verir ki, bu barədə "Ole" nəşri məlumat yayıb.
Buna səbəb onun dünya çempionatının qrup mərhələsinin ikinci turunda Türkiyəyə qarşı keçirilən matçda Paraqvay millisinin oyunçusu Migel Almironun meydandan qovulmasına verdiyi emosional reaksiya olub. Birinci hissənin sonunda hakim İvan Barton Almirona qırmızı vərəqə göstərib. Canlı yayımda Vera hakimə, FİFA prezidenti Canni İnfantinoya və KONMEBOL rəhbəri Alexandro Domingesə qarşı kəskin tənqidlər səsləndirib.
"Barton, sən oğrusan. Onlar bizim oyunçumuzu əlimizdən aldılar. FİFA, futbolu bu zibilə çevirdiyin üçün məsuliyyəti öz üzərinə götür. Alexandro Dominges, KONMEBOL rəhbəri kimi, sən bir şey etməlisən, cəsarətli ol, İnfantino ilə daha az şəkil çəkdir. Lənətə gəlmiş oğrular. Bu bir rüsvayçılıqdır", - deyə Vera canlı yayımda bildirib.
Daha sonra şərhçi dediyi sözlərə görə üzr istəyib. Buna baxmayaraq, "ABC" telekanalı onu dünya çempionatına həsr olunmuş bütün proqramlardan kənarlaşdırıb.
Xatırladaq ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçirilir. Hazırkı dünya çempionu 2022-ci ilin finalında Fransa milli komandasını məğlub edən Argentina yığmasıdır.
Hüseyn İbadlı
-
Magazin221:39"MasterChef"in qalibi evində ölü tapıldı - Foto
-
Nida Xəbər 19:40Azərbaycanın bu ölkələrdəki səfirləri geri çağırıldı - Yeni təyinatlar
-
Elm və təhsil18:10Magistratura imtahanının nəticələri elan olundu
-
İKT16:05Süni intellekt savaşında sensasiya: Zukerberq Trampa qarşı çıxdı
-
Magazin115:24Sevda Ələkbərzadə görünüşünü dəyişdirdi - FOTO
-
Səhiyyə14:34Həkimdən etiraz: Aran Regional Klinikasının “ilk varikoz əməliyyatı” iddiası yalan çıxdı - VİDEO
-
Sağlamlıq14:01Bu məşhur sızanağı sıxdı, ölümdən döndü - Həkimlər xəbərdarlıq etdi
-
Tarix13:15Qeyri-adi məzar tapıldı: Başıaşağı dəfn və tısbağa sirri alimləri heyrətləndirdi - FOTO
















.jpg)
.jpg)

.jpg)


















