Dünya
Türkiyə nüvə enerjisinə keçmək məcburiyyətindədir - Bayraktar
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ölkəsinin təmiz enerji keçidi çərçivəsində üç əsas hədəfə fokuslandığını açıqlayıb.
Publika.az xəbər verir ki, nazir enerji təchizatının təhlükəsizliyi, enerji müstəqilliyi və 2050-ci illərin əvvəllərinə qədər karbon neytral iqtisadiyyatın qurulmasının əsas prioritetlər olduğunu bildirib.
Bayraktar qeyd edib ki, Türkiyə istifadə etdiyi enerjinin üçdə ikisini idxal edir və bu, iqtisadiyyatda həssaslıq yaradır. Onun sözlərinə görə, enerji sahəsində xarici asılılığın aradan qaldırılması ölkə üçün strateji əhəmiyyət daşıyır.
Nazir nüvə enerjisinin bu hədəflərə çatmaq üçün vacib olduğunu vurğulayıb. "Türkiyə nüvə enerjisinə keçmək məcburiyyətindədir. Bu, emissiya yaratmadan elektrik istehsalının əsas yollarından biridir", - o qeyd edib.
Bayraktar əlavə edib ki, Türkiyə artan elektrik tələbatını qarşılamaq məqsədilə bərpa olunan enerji gücünü sürətlə artırır və enerji səmərəliliyinin yüksəldilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Müəllif: Roza
-
Rəsmi xronika16:21İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif etdi - SİYAHI
-
Magazin115:14Mətanət İsgəndərlidən maraqlı açıqlama: 10 gün sonra... - VİDEO
-
Rəsmi xronika14:28Bu qanun 6 aydan sonra qüvvəyə minəcək
-
MDB14:26Moskva qərarını verdi: Bundan sonra hər şeyi cəbhə həll edəcək
-
Sosial14:02Bu görüntülər sertifikasiya imtahanına damğa vurdu – Müəllim cütlüyünün... - VİDEO
-
Dünya12:10Rutte Trampı belə sakitləşdirdi - Ağ Evdə diqqətçəkən anlar
-
Rəsmi xronika11:27İlham Əliyev sloveniyalı həmkarını təbrik etdi
-
ABŞ09:33ABŞ Türkiyənin iki şirkətini və 7 rusiyalını sanksiya siyahısından çıxardı

























.jpg)







