Dünya
İsrail mübahisəli torpağı ABŞ səfirliyinə verdi: Cəmi 1 dollara
İsrail və ABŞ Qərbi Qüdsdə yerləşən, 1948-ci ildən əvvəl fələstinli ailələrə məxsus olduğu sənədlərlə sübuta yetirilən torpaq sahəsinin 1 dollar qarşılığında 99 il müddətinə ABŞ səfirliyinə ayrılması barədə saziş imzalayıb.
Publika.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.
Sənədi İsrailin xarici işlər naziri Gideon Saar və ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi imzalayıb.
Bildirilib ki, torpaq ABŞ səfirliyinin Qüdsdə daimi kompleksinin tikintisi üçün istifadə olunacaq. Saar bu addımın iki ölkə arasındakı strateji müttəfiqliyin rəmzi olduğunu bildirib. Hakabi isə yeni kompleksin Qüdsdə ABŞ-ın mövcudluğunu gücləndirəcəyini deyib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp 2017-ci ildə Qüdsü İsrailin paytaxtı kimi tanıyıb və səfirliyin Təl-Əvivdən Qüdsə köçürülməsi barədə qərar vermişdi. ABŞ səfirliyinin müvəqqəti binası isə 2018-ci ildə fəaliyyətə başlayıb.
Müəllif: Roza
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB25 İyul 20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman25 İyul 19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO
-
Avropa25 İyul 19:39İspaniyadan presedentsiz addım - 70 min insan təxliyə edildi
-
Hadisə25 İyul 19:15Şəhid anası vəfat etdi - FOTO



















.jpg)













