Dünya
Seyran Ohanyan qorxuya düşüb
Ermənistanın müdafiə naziri Seyran Ohanyan Yerevandakı hərbi hissələrdən birində hərbi qulluqçunun ölümü ilə bağlı təcili iclas keçirib. Trend "Armenia Today" saytına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İnsidentin bütün təfərrüatının öyrənilməsi və aydınlaşdırılması üzrə aparılan təhqiqatın nəticələri haqqında Ermənistan SQ-nin Şəxsi heyətlə iş idarənin rəisi, general-mayor Aleksan Aleksanyan məruzə edib.
İş üzrə bütün materiallarla tanış olan S.Ohanyan deyib ki, bilavasitə ayrı-ayrı zabitlərin işi və onların öz xidməti vəzifələrinə davamlı olaraq səhlənkar yanaşmaları nəticəsində yaranmış nöqsanlar cinayətin baş verməsinə imkan yaradıb.
O, qeyd edib ki, baş verən hadisə silahlı qüvvələrin bütün heyətinə arxadan zərbədir.
İclasda Ermənistan SQ Baş Qərargahı rəisinin müavinləri, idarə rəisləri, hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, yanvarın 29-da Yerevandakı hərbi hissələrdən birində Aykaz Barseqyan adlı hərbi qulluqçu asılmış vəziyyətdə tapılıb.
-
Sağlamlıq08:24Hande Harmancı hantavirusun Azərbaycanda yayılma riskindən danışdı - Video
-
Dünya07:55"Epşteyn adası"nda gərginlik: Ərazinin yeni sahibi və çağırılmamış qonaqlar
-
Magazin203:43“Eşref Rüya”dan izləyicilərə sürpriz: "İhtiyar" gəldi - Foto
-
ABŞ03:19Vens ABŞ-ın “qırmızı xətt”indən danışdı
-
Qoroskop01:40Günün ulduz falı: həyat sizə dərs verəcək...
-
Dünya00:45Netanyahu gizlicə İranın "burnunun ucuna" səfər edib
-
Elm və təhsil13 May 22:18Nazir universitet və kolleclərlə bağlı əmr imzaladı
-
İdman13 May 21:51Həmzət məğlub oldu – Erməni 50 min dollar uduzdu









.jpg)



.png)














.jpg)


