Puqaçovanın Mayamidəki milyonluq mənzili: Cəmi 1 dollara qızının adına keçirdi
Bizi izləyin

Dünya

Puqaçovanın Mayamidəki milyonluq mənzili: Cəmi 1 dollara qızının adına keçirdi

Puqaçovanın Mayamidəki milyonluq mənzili: Cəmi 1 dollara qızının adına keçirdi

Rus estradasının ulduzu Alla Puqaçova ABŞ-ın Mayami şəhərində yerləşən elit mənzilini cəmi 1 dollara qızı Kristina Orbakaytenin adına keçirib.

Publika.az xəbər verir ki, bu barədə SHOT məlumat yayıb.

Puqaçova sözügedən mənzili 2004-cü ildə 2 milyon 50 min ABŞ dollarına alıb. 2014-cü ildə Rusiyaya qarşı Qərb ölkələrinin genişmiqyaslı sanksiyaları fonunda o, əmlakını qorumaq üçün mülkiyyət strukturunda dəyişiklik edib. Belə ki, mənzilin sahibləri sırasına Kristina Orbakayte, Nikita Presnyakov və Kristinanın həyat yoldaşı Mixail Zemtsov də daxil edilib.

2015-ci ildə Mixail Zemtsov mənzilin yeganə sahibi olub və əmlakı 10 dollara rəsmiləşdirib. Daha sonra, 2020-ci ilin martında Kristina Orbakayte mənzili cəmi 1 dollara yenidən öz adına keçirərək tam hüquqlu sahibinə çevrilib. Riskləri azaltmaq məqsədilə isə həyat yoldaşı da mülkiyyətçilər arasında saxlanılıb.

Bildirilir ki, sonradan cütlük əmlakı özəl trastların balansına keçirib. Bu addımın mümkün məhkəmə iddiaları və kreditor tələblərindən qorunmaq məqsədi daşıdığı qeyd olunur.

Məlumata əsasən, Kristina Orbakayte sözügedən mənzil üçün hər il 40 min ABŞ dolları həcmində əmlak vergisi ödəyir.

285 kvadratmetr sahəsi olan mənzil Mayaminin nüfuzlu Bal Harbour bölgəsində, okean sahilində yerləşən Majestic Tower yaşayış kompleksində yerləşir. Mənzildə üç yataq, dörd hamam otağı var və pəncərələrindən Atlantik okeana panoramik mənzərə açılır. Kompleksdə iki qızdırılan hovuz, solyari, kitabxana, tennis kortu, helikopter meydançası və digər premium imkanlar mövcuddur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm