İdman
Dünya çempionu ola bilməyən Ronaldo göz yaşlarına boğuldu
Dünya futbolunun ulduzu Kriştianu Ronaldo dünya çempionu olmadan karyerasını başa vuracaq.
Publika.az xəbər verir ki, bu, Portuqaliya millisinin 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində İspaniyaya 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırmasından sonra dəqiqləşib.
Bununla da Ronaldonun dünya çempionatlarındakı çıxışı başa çatıb.
41 yaşlı hücumçu karyerası ərzində altı dünya çempionatında Portuqaliya millisinin formasını geyinib. O, 2006-cı il mundialında yarımfinala yüksəlib və 1 qol vurub. Ronaldo 2010-cu ildə 1/8 finalda 1 qol və 1 məhsuldar ötürmə, 2014-cü ildə qrup mərhələsində 1 qol və 1 məhsuldar ötürmə, 2018-ci ildə 1/8 finalda 4 qol, 2022-ci ildə 1/4 finalda 1 qol, 2026-cı ildə isə 1/8 finalda 3 qolla yadda qalıb.
Beləliklə, milli komandanın heyətində çoxsaylı rekordlara imza atan Ronaldo futbol tarixinin ən böyük oyunçularından biri kimi yadda qalsa da, dünya çempionluğu titulunu karyerasına əlavə edə bilməyib.
Qeyd edək ki, Ronaldonun bacısı Katia Aveyro dünya çempionatından əvvəl futbolçunun bu turnirdən sonra Portuqaliya millisindəki karyerasını başa vuracağını açıqlamışdı. (Teelqraf)
-
Sağlamlıq10:12İlan qanından "kokteyl” hazırlandı: Kim içsə... - MÖCÜZƏ
-
Nida Xəbər 09:51Mehriban Əliyeva paylaşım etdi - FOTO
-
Hadisə09:48Xalq artisti vəfat etdi - FOTO
-
Pul08:12Dolların ilin sonuna olan məzənnəsi AÇIQLANDI
-
İdman07:30Messi bu klubu alır
-
Magazin206:16İtmiş telefon məşhur rəqqasənin ölümünə səbəb oldu
-
Səhiyyə05:15Xərçəng xəstələrinin sayı 67% artacaq
-
Magazin204:14İrina Şeyk bağçada alt paltarında romantik pozalar verdi - FOTO

















.jpg)















.png)



