Yaxın Şərq
Makronun qaldığı hotelin yaxınlığında güclü partlayış - VİDEO
Fransa prezidenti Emmanuel Makronın Suriyaya səfəri zamanı paytaxt Dəməşqdə qaldığı hotelin yaxınlığında partlayış baş verib.
Publika.az xəbər verir ki, hadisə ilə bağlı yerli təhlükəsizlik mənbələri məlumat yayıb.
Bildirilib ki, partlayışdan sonra əraziyə gedən yollar bağlanıb, təhlükəsizlik tədbirləri maksimum səviyyəyə qaldırılıb. Bölgəyə çoxsaylı təhlükəsizlik qüvvələri cəlb olunub.
Yerli sakinlərin sözlərinə görə, güclü partlayış səsi eşidilib, hadisə yerindən isə tüstü qalxıb.
Hadisə nəticəsində ölən və ya yaralananların olub-olmaması ilə bağlı hələlik rəsmi məlumat verilməyib.
Qeyd edək ki, Emmanuel Makron Bəşər Əsədin devrilməsindən sonra Dəməşqə səfər edən ilk yüksəkvəzifəli Avropa İttifaqı lideridir.
Partlayışın səbəbi və ya hədəfinin nə olduğu hələ açıqlanmayıb. Faktla bağlı araşdırma aparılır.
-
ABŞ17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
-
İnanc16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq
-
Avropa15:38Maskalılar məşhur telekanalın binasına hücum etdilər
-
İdman14:55Ona "Rus Taysonı" deyirdilər - 40 yaşında öldü
-
İdman14:30Ermənilərin əsas ümidi idi - Ağır əməliyyat olundu
-
Region13:00İrəvana gələn Rusiya vətəndaşı müəmmalı şəkildə yoxa çıxdı
-
Ekologiya12:41Sabahın hava proqnozu açıqlandı
-
Hadisə12:21Eks-icra başçısı və xanımı məhkəmədə ifadə verdilər








































