İrandan ABŞ-a mesaj: İmzanıza hörmət edin, yoxsa...
Bizi izləyin

Dünya

İrandan ABŞ-a mesaj: İmzanıza hörmət edin, yoxsa...

İrandan ABŞ-a mesaj: İmzanıza hörmət edin, yoxsa...

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Vaşinqtonun təhdidləri davam edərsə, ABŞ ilə yekun razılaşma üzrə danışıqlar başlamayacaq.

Publika.az xəbər verir ki, nazir “X” sosial media səhifəsində yazıb: "Milyonlarla qürurlu iranlı Böyük Ayətullah Xamenei və onun irsini yad etmək üçün toplaşıb. Nə onlar, nə də cəsur silahlı qüvvələrimiz təhdidlərə boyun əyməyəcəklər. Anlaşma memorandumunun 13-cü bəndində açıq şəkildə deyilir: təhdidlər davam edərsə, yekun razılaşma üzrə danışıqlar başlamayacaq. İmzanıza hörmət edin".

18 iyun gecəsi İran və ABŞ 28 fevralda başlayan hərbi münaqişəyə son qoymağı hədəfləyən memorandum imzaladılar. Memorandum həmçinin ABŞ-ın dəniz blokadasını ləğv edəcəyi və İranın Hörmüz boğazında gəmiçiliyi bərpa edəcəyi vaxt cədvəlini də müəyyən edir. Pakistan və Qətər əsas vasitəçilərdir.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm