Sosial
Heydər Əliyev Mərkəzində “Türkiyə ədəbiyyatı” bölümü açıldı - FOTO
6 iyul 2026-cı il tarixində Gəncə şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan və Türkiyə arasında mədəni əlaqələrin inkişafına töhfə vermək məqsədilə yaradılmış “Türkiyə ədəbiyyatı” bölümünün rəsmi açılış mərasimi keçirilib.
Publika.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Çıxış edənlər bildiriblər ki, yeni bölüm Azərbaycan–Türkiyə qardaşlığının, ortaq dil, tarix və mədəni dəyərlərin təbliğinə xidmət edən növbəti mühüm təşəbbüsdür. Qeyd olunub ki, bu cür layihələr iki ölkə arasında mədəni-humanitar əməkdaşlığın daha da möhkəmlənməsinə və gənc nəslin ortaq dəyərlər əsasında formalaşmasına töhfə verir.
Tədbirin sonunda iştirakçılar kitabxanada yaradılmış bölümlə tanış olublar. Burada türk ədəbiyyatının klassik və müasir nümunələri nümayiş etdirilib, yeni bölümün oxucular üçün mühüm mütaliə və maarifləndirmə məkanı olacağı vurğulanıb.
-
İdman18:10Azərbaycan Litvaya qarşı: ikinci hissə başladı - CANLI/YENİLƏNİR
-
MDB17:00Kəşfiyyatdan şok məlumat: Rusiyanın minə yaxın ballistik raketi var
-
Maraq dünyası16:43Heyvanlarda da qisas hissi olurmuş - Şok video
-
Sağlamlıq16:0610 dəqiqəlik asta qaçış möcüzə yaradırmış - Araşdırma
-
İdman15:58Ronaldonun qarşısında papağımı çıxarıram! - Zidan
-
İdman15:00Lyubinskas: Azərbaycan və Litva futbolunda tənəzzül yaşanır
-
Ekologiya12:43Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Ekologiya12:26Qar Quba və Qusarda möhtəşəm mənzərələr yaratdı - Fotolar





































.jpg)