Ankarada imza atıldı: Belçikadan Türkiyə ilə bağlı mühüm mesaj
Bizi izləyin

Dünya

Ankarada imza atıldı: Belçikadan Türkiyə ilə bağlı mühüm mesaj

Ankarada imza atıldı: Belçikadan Türkiyə ilə bağlı mühüm mesaj

Belçika NATO-nun Ankarada keçirilən Müdafiə Sənayesi Forumunda Türkiyə, Böyük Britaniya, İspaniya, Polşa və Çexiya ilə A400M” strateji hərbi-nəqliyyat təyyarəsi üzrə əməkdaşlığa dair Niyyət Məktubu imzalayıb.

Publika.az xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Teo Franken Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə görüşdən sonra açıqlama verib.

Onun sözlərinə görə, Belçika və Türkiyə yaxın müttəfiqlərdir və müdafiə sahəsində tərəfdaşlıq gələcəkdə daha da möhkəmlənəcək.

“Belçika “A400M” təyyarələrinin istismarı zamanı qazandığı əməliyyat təcrübəsini tərəfdaş ölkələrlə bölüşəcək. Bu əməkdaşlıq Avropanın müdafiə imkanlarının və strateji muxtariyyətinin güclənməsinə töhfə verəcək.

Bundan əlavə, Belçika NATO-nun gələcək hava müşahidəsi və nəzarət imkanlarının inkişafına yönəlmiş yeni təşəbbüsə də qoşulub.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm