Ərdoğan-Tramp görüşü başladı
Bizi izləyin

Dünya

Ərdoğan-Tramp görüşü başladı

Ərdoğan-Tramp görüşü başladı

ABŞ prezidenti Donald Tramp Ankara Prezident iqamətgahında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi mərasimlə qarşılanıb.

Publika.az xəbər verir ki, təkbətək görüşdən öncə liderlər mətbuata qısa açıqlamalar veriblər.

Türkiyə dövlət başçısı bu görüşün əhəmiyyətini vurğulayıb: "Trampla bir araya gəlmək münasibətlərimizi daha da gücləndirir. NATO Liderlər Zirvəsinin bu gün Ankarada keçirilməsi, müttəfiqlərin ölkəmizdə toplanması və cənab Trampın buradakı iştirakı zirvəyə xüsusi güc qatır".

Donald Tramp isə iki ölkə arasındakı strateji müttəfiqliyə və Ərdoğanla olan şəxsi münasibətlərinə diqqət çəkib:

"Prezidentlə çox yaxın dostuq. O, bütün dünyanın hörmət etdiyi əla bir liderdir. İlk gündən aramızda böyük bir uyğunluq var. Onun rəhbərliyi altında Türkiyə hərbi cəhətdən çox güclü bir dövlətə çevrilib. Bu gün ticarət, müdafiə sənayesi, İran və bir çox regional məsələləri müzakirə edəcəyik. Birlikdə böyük işlər görmüşük və görməyə davam edəcəyik. Türkiyə bir çox tərəfdaşlarımızdan daha sadiq müttəfiq olduğunu sübut edib. F-35 məsələsini də həll edəcəyik, müvafiq qərarlar veriləcək. Açığı, Ərdoğan olmasaydı, mən bu zirvə toplantısında iştirak etməzdim".

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm