Ərdoğan-Tramp görüşündə rənglərin və jestlərin dili: Etibar, nüfuz, səmimiyyət...
Bizi izləyin

Dünya

Ərdoğan-Tramp görüşündə rənglərin və jestlərin dili: Etibar, nüfuz, səmimiyyət...

Ərdoğan-Tramp görüşündə rənglərin və jestlərin dili: Etibar, nüfuz, səmimiyyət...

Bədən dili və ünsiyyət üzrə mütəxəssislər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında keçirilən görüşdə onların hərəkətlərini təhlil edib.

Publika.az xəbər verir ki, mütəxəssislər görüş zamanı qarşılıqlı etimad, səmimiyyət və diplomatik yaxınlığın ön plana çıxdığını bildiriblər.

İstanbul Aydın Universitetinin müəllimi Hüseyn Kazanın sözlərinə görə, Ərdoğanın Trampı təyyarənin pilləkənlərinin sonunda qarşılaması, liderlərin söhbət zamanı bir-birinə yaxın dayanması və fiziki təmasdan çəkinməməsi qarşılıqlı etimadın göstəricisidir. O vurğulayıb ki, protokol görüşlərində bu qədər yaxın fiziki təmasa nadir hallarda rast gəlinir.

Bədən dili üzrə mütəxəssis Nur Həkimoğlu isə liderlərin əl sıxmasını dostluq jesti kimi dəyərləndirib. O bildirib ki, Trampın qarşı tərəfin qoluna və ya çiyninə toxunması səmimi ünsiyyət qurmaq istəyini ifadə edir. Ərdoğanın Trampın çiyinlərinə toxunması və birlikdə addımlamaları da isti qarşılanmanın göstəricisi hesab olunur.

“Fox News” kanalı isə onların səmimi davranışlarını nadir hal kimi qiymətləndirib: "Trampa toxunulması adətən rast gəlinən bir hal deyil. Ərdoğan digər NATO liderlərindən fərqlənir. Tramp digər NATO liderləri ilə müqayisədə Ərdoğana daha yaxındır”.

Mütəxəssislər həmçinin liderlərin geyim seçiminə də diqqət çəkiblər. Onların sözlərinə görə, hər iki liderin mavi və tünd göy tonlarına üstünlük verməsi etibar, nüfuz və diplomatik ciddiyyət mesajı verir.

Trampın qarşılanma mərasimi də olduqca təmtəraqlı keçib. Türkiyə mediasına görə, mərasimdə ilk dəfə Milli Müdafiə Mehteran Birliyi və Tarixi Osmanlı Birliyi iştirak edib, "Türk Ulduzları"nın F-5 təyyarələri salam uçuşu həyata keçirib. Trampın kortejini isə Türkiyə Cümhuriyyətinin 103 illiyinə ithafən 103 süvari müşayiət edib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm